Ruslan Abışovun transferindən yeni xəbər (VIDEO)

Ruslan Abışovun transferindən yeni xəbər (VIDEO)
ÖLKƏ FUTBOLU 13 Fevral 2013 / 13:08 5074
-  A +

Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov “Rubin” komandası ilə birgə Madridə yola düşüb.

Qol.Az-ın məlumatına görə, İspaniya paytaxtında Kazan təmsilçisi “Atletiko” ilə Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununa çıxacaq. Lakin R.Abışov “Rubin”in düşərgəsində olsa da, o, qarşıdakı matçda iştirak edə bilməyəcək.

Əldə etdiyimiz məlumata görə, Ruslan Abışovun “Rubin”ə transferinin ləngiməsinin səbəbi bu komandanın uzun müddət Türkiyə, sonra isə İspaniyada təlim-məşq toplanışında olmasıdır. Kazan komandasının Rusiyaya qayıtdıqdan sonra R.Abışovla rəsmi müqaviləyə imza atacağı gözlənilir.




RUSLAN ABIŞOV “RUBİN”LƏ BİRGƏ MADRİDDƏ


Daha çox


Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə