Bakının “İnter” klubunun yarımmüdafiəçisi Asif Məmmədov Premyer Liqanın 19-cu turunda “Xəzər Lənkəran”a qalib gəldikləri oyundan sonra Qol.Az saytının suallarını cavablandırıb
- Premyer Liqanın 19-cu turunda “Xəzər Lənkəran”la qarşılaşdınız və 3:2 hesabıyla qalib gəldiniz. Bu oyunla bağlı təəssüratlarını bilmək istərdim.
- Lənkərana üç xal dalınca gəlmişdik ki, onu da qazandıq. Oyun çox ağır keçdi. Amma əsas nəticədir. Nəticə də bizim xeyrimizə oldu.
- “Xəzər Lənkəran”ın oyunu haqda nə deyə bilərsən? Rəqibiniz qapısından üç top buraxdı. Hücuma meyilli yarımmüdafiəçi kimi necə düşünürsən, bu, onların müdafiə xəttinin zəifliyi ilə bağlıdır?
- Rəqibimizin gücü hamıya məlumdur. Bilirsiniz ki, “Xəzər Lənkəran” evdə çətin məğlub olur. O ki qaldı onların müdafiəsinə, mənə elə gəlir ki, pis müdafiə olunmurdular. Sadəcə, bizim hücumların kəsəri güclü idi. Get-gedə hücumları artırıb qollarımızı vurduq. Biz bu oyuna qədər bir çox oyunda çoxlu qol epizodlarını qaçırmışcıq. Ona görə də bunun üzərində çox işləmişdik. Bu oyunda isə bəhrəsini gördük.
- Oyunun beşinci dəqiqəsində qol vuracağını gözləyirdin?
- Mən hücumameyilli oyunçuyam. Oyun başlayan andan qol vurmağa can atıram. Amma qolun belə gözəl və tez alınmasını gözləmirdim.
- Oyunun 82-ci dəqiqəsində qol vursanız da, sevinməyə macal tapmamış qapınızda qol gördünüz. Bunu arxayınlaşmağınızla bağlamaq olar?
- Ümumiyyətlə, ikinci qoldan sonra bizdə biraz arxayınçılıq oldu. İkinci qolu da bu səbəbdən buraxdıq. Bu da yaxşı hal deyil. Bir tərəfdən yaxşı oldu ki, başqa oyunlarda belə səhvlər buraxmayaq. Belə səhvlər belə vacib oyunlarda bizə baha başa gələ bilər.
- Çempionatın final mərhələsinədək qarşıda hələ üç oyununuz var. Rəqibləriniz “Qəbələ” , “Neftçi” və “Qarabağ”dır. Onlardan hansı ilə oynamaq sizə daha ağır gəlir?
- Məncə, ilk “altılıq”da olan komandalardan zəif yoxdur. Əsas da adını çəkdiyiniz bu üç komanda çempionluğa iddialı komandalardır. Məncə, bu oyunların üçü də bizim üçün ağır olacaq. Çalışmalıyıq ki, bu oyunlara elə hazırlaşaq ki, mümkün qədər yaxşı nəticə əldə edək.
- Bəs çempionluq yolunda özünüzə əsas rəqib hansı komandanı görürsən?
- “Altılıq”da oynayacaq komandaların hamısını özümüzə ciddi rəqib görürəm. Çünki həmin komandalar çempionluq üçün yarışacaq. Builki çempionata proqoz vermək çətindir. Komandaların gücünü bilmək olmur. Kim gözləyərdi ki, “Bakı” “Sumqayıt”la 1:1 oynayar? Ona görə də biz hər oyuna ciddi hazırlaşırıq.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”