AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın 19-cu turunda “Simurq”la qarşılaşdınız və 1:1 hesabı ilə bərabərə qaldınız. Bu görüşdə komandanızın oyunu sizi qane etdi?
- Maraqlı oyun oldu. Komandam axıra qədər sürətli oyun nümayiş etdirdi. Bir neçə qol epizodu yaxalasaq da, yararlana bilmədik. Oyun məni qane etdi, nəticə yox.
- Ancaq bu gün nəticə sizə çox lazımdır.
- Neyniyə bilərik? Biz nəticəni gözəl oyunla qazanmaq istəyirik.
- Komandanızın real qol imkanlardan istifadə etməməsinə nə mane oldu?
- Bu, bizdə keçən ildən qalan problemdir. Hələlik oyunçuların fərdi ustalığı o dərəcədə deyil ki, bütün qol epizodlardan fərqlənə bilsin. Ancaq ən vacibi odur ki, komandam çoxlu qol epizodu yaradır. Yəni hücumda oynayır. Bu da xoşagələn haldır.
- Qarşıda “Neftçi” ilə çətin oyununuz var. Bu oyundan nə gözləmək olar?
- Bizim üçün rəqibdən asılı olmayaraq, bir məqsəd var: qələbə. “Neftçi” də bizim üçün digər komandalar kimidir. Bu oyunda ancaq qələbəyə köklənmişik.
- Komandanızın hazırkı durumu necədir? İtkilər varmı?
- Bundan əvvəl də itkilərimiz var idi. Cahangir Həzənzadə zədəli idi. Bundan başqa Tərlan Xəlilov, Elman Taqayev və Ruslan Zubkov da “Neftçi” ilə oyunu buraxa bilər. Həkimlər çalışırlar ki, bu oyunçulara köməklik etsinlər ki, növbəti oyuna çıxa bilsinlər. Hansı oyunçuların hazır olması sabah son məşqdə bəlli olacaq.
- Hazırda 23 xalınız var. “Altılıq” şansınızı necə görürsünüz?
- Mən həmişə demişəm ki, şanslarımız çoxdur. Əlimizdən gələni edəcəyik ki, ilk altılıqda yerimizi təmin edək. İlk dörd komandanı çıxmaq şərtilə digər komandalar – “Xəzər Lənkəran”, “Qəbələ”, AZAL və “Bakı”nın şanslarını eyni görürəm.
- Yəqin ki, çempionluqdan çox avrokuboklara düşməyə inanırsınız.
- Bizim birinci məqsədimiz ilk altılığa düşməkdir. Altılığa düşəndən sonra maksimum məqsədimizi açıqlaya bilərik. İlk “altılığ”a düşsək, çempionuğa da oynayacağıq.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”