Kamran Ağayev niyə oynamadı?

Kamran Ağayev niyə oynamadı?
ÖLKƏ FUTBOLU 11 Fevral 2013 / 13:14 4277
-  A +

Premyer liqanın 19-cu turunda dünən keçirilən "Bakı" - "Sumqayıt" oyununda "Bakı"nın yeni transferi Kamran Ağayevin adı iştirak ərizəsinə salınmayıb.

Qol.Az-a açıqlamasında "Bakı"nın icraçı direktoru Yaşar Seyidov bu məsələyə aydınlıq gətirib.

"Kamran Ağayevin transfer vərəqini və lisenziyasını almışıq. O, artıq "Bakı" klubuna məxsusdur. Onun 18-likdə olmaması isə baş məşçinin qərarıdır. Ola bilsin ki, Kamran uzun müddət oynamadığı üçün formada deyil. Bu səbəbdən baş məşqçi hələ ki, ona şans verməyib". 

Daha çox


Son xəbərlər