“Oyuna qələbə üçün çıxmışdıq. İlk altılığa düşmək üçün qələbə bizə çox lazım idi. Ancaq istədiyimiz olmadı. Bu oyunda iki xal itirdik. Bizi ancaq qələbə qane edirdi.”
Bu sözləri Qol.Az saytının müxbiri ilə söhbətində Premyer liqanın 19-cu turunda “Sumqayıt”la oyundan (1:1) sonra “Bakı” klubunun müdafiəçisi Aqil Nəbiyev deyib.
Təcrübəli müdafiəçi oyunun 58-ci dəqiqəsində Elçin Məmmədovun ona ikinci sarı vərəqə verməsinə də münasibət bildirib: “Birinci epizodda hakim haqlı idi. İkinci epizodda isə mən heç oyunçuya toxunmamışdım. O, özü yıxıldı. Ancaq hakimin fikrinə etiraz etməyin mənası yoxdur. Neynəmək olar?”
A.Nəbiyev yeni komandası haqda da danışıb: “Bakı”ya uyğunlaşmaqda elə bir çətinliyim olmadı. Ancaq birinci oyunumda istəməzdim belə olsun. “Bakı”nın heyətində birinci oyunum olduğu üçün bir az gərginlik var idi”.
Futbolçu ilk altılığa düşmək şanslarının hələ də qaldığını vurğulayıb: “Qarşıda dörd oyunumuz var. Bu oyunlarda qələbə qazansaq, ilk altılıqda yerimizi təmin edəcəyik. Növbəti oyunumuz AZAL-ladır.. Bu oyunda qalib gəlsək altılığa düşmək şansımız yaranacaq. Ona görə də bu oyuna çox ciddi hazırlaşıb qələbə qazanmağı düşünürük.”
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı
“İmişli”dən futbol veteranlarına bayram jesti
Qvardiol "Barselona"nın maraq dairəsində
Konate "Liverpul"dan gedir