Georgi Çixradze AZAL-la oyundan danışdı

Georgi Çixradze AZAL-la oyundan danışdı
ÖLKƏ FUTBOLU 9 Fevral 2013 / 21:00 2133
-  A +

“Hər iki komandaya xallar lazım idi. Çətin oyun oldu. Oyunumuzu müdafiədən qurduq, rəqibi əks-hücumda tutmaq istəyirdik".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Simurq"un baş məşqçisi Georgi Çixradze bu gün Premyer liqanın 19-cu turunda AZAL-la oyundan (1:1) sonra deyib.

Komandanın azlıqda qalmasına da toxunan baş məşqçi bunları bildirib: "Futbolçumuzun qırmızı vərəqə alması işimizi çətinləşdirdi. Lakin komanda sona kimi mübarizə apardı. Bizim üçün hər oyun vacibdir. Yeni transfer Buşiç komandaya gec qoşuldu, tam uyğunlaşandan sonra daha yaxşı oynayacağına inanıram”.

Daha çox


Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə