Ramil Əliyev: "Çempionatda zəif rəqib yoxdur"

ÖLKƏ FUTBOLU 9 Fevral 2013 / 20:57 1960
-  A +

"Rəvan"ın baş məşqçisi Ramil Əliyev bu gün Premyer liqanın 19-cu turunda "Turan" üzərində qələbədən danışıb.

Qol.Az-ın məlumatına görə, baş məşqçi qələbənin onlar üçün vacib olduğunu bildirib: 

“Turnir cədvəlindəki vəziyyətimiz qələbəyə oynamağa məcbur edir. Bugünkü oyunda nəticə üçün oynayırdıq. Qələbə qazandığımız üçün şadam. Bəzi səhvlər var ki, bunları aradan qaldırmağa çalışacağıq. Çempionatda zəif rəqib yoxdur, “Turan” yaxşı oyun göstərdi. Qələbəni azarkeşlərimizə həsr edirik”.

Daha çox


Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə