"İnanıram ki, "Qarabağ"da çempionluq sevinci yaşayacağam"

"İnanıram ki, "Qarabağ"da çempionluq sevinci yaşayacağam"
ÖLKƏ FUTBOLU 6 Fevral 2013 / 15:50 3040
-  A +

"Qarabağ"ın yeni transferi Reynaldo klubun rəsmi saytına  verdiyi açıqlamalarda ilkin təəssüratlarını bölüşüb.

Qol.Az-ın məlumatına görə, futbolçu klubun saytına müsahibəsində yeni komandasınd razı qaldığını bildirib: "Qarabağ" mənimlə maraqlananda komanda haqqında məlumat topladım. Klubun layihəsi diqqətimi cəlb etdi. "Qarabağ"ın daim avrokuboklarda oynamaq istəyini, hədəflərini bildikdən sonra yeni klubumda oynamağı seçdim. Klub funksionerləri ilə danışıb komandanın layihəsinin bir parçasına çevrilməyə razılıq verdim. Artıq Bakıdayam. Klubun çalışanları məni olduqca isti qarşıladı. Hiss olunur ki, burda tam başqa abu hava höküm sürür. Bilirəm ki, "Qarabağ"ın cari mövsüm ən böyük hədəfi çempionluqdur. Turnir cədvəlinə baxdıqda bunun heç də əlçatmaz olmadığını görürük. "Qarabağ"da uğur qazanmaq istəyirəm. "Qarabağ"ın matçlarının videogörüntülərini izləmişəm. Komandam baxımlı, texnikalı futbol oynayır. Azarkeşlərə zövqverən futbol yaşatmağa çalışacağıq. İnanıram ki, mövsümün sonunda çempionluq sevinci yaşayacağıq."

Daha çox


Son xəbərlər