“Qəbələ”dən yeddinci transfer

“Qəbələ”dən yeddinci transfer
ÖLKƏ FUTBOLU 6 Fevral 2013 / 15:16 3613
-  A +

“Qəbələ” qış fasiləsində yeddinci transferi gerçəkləşdirməyə hazırlaşır. Bu haqda Qol.Az-a klubun baş meneceri Zaur Əzizov məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, son mövsümü Serbiyanın “Yaqodina” komandasında keçirmiş Nikola Valentiçlə bu gün bir illik müqavilə imzalanacaq.

29 yaşlı müdadiəçi müxtəlif vaxtlarda “Beograd” (Serbiya), “Vazdovaç”, “Bnei Saknin”, həmçinin Rusiyanın “Anji”, “Alaniya” və “Sibir” komandalarında da oynayıb.

Xatırladaq ki, “Qəbələ” bundan öncə Ceyhun Sultanov, Kristian Pulhak, Luka Jinko, Mustafa Dabo, İfeanye Emeqara və Amit Quluzadə ilə da müqavilə imzalamışdı.

 


Son xəbərlər
15.01.26  10:35

"Bavariya"da ciddi itki