“Millimiz heç olmasa ayda bir dəfə yoldaşlıq görüşü keçirməlidir. Çünki bu zaman oyunçularda motivasiya da olur. Fikirləşirlər ki, yığmaya düşməlidilər. Ona görə çoxlu çalışırlar. Bu baxımdan millimizin Özbəkistanla yoldaşlıq görüşü keçirməyi çox vacib idi”.
Bu sözləri Qol.Az saytının müxbiri ilə söhbətində əməkdar məşqçi Ağasəlim Mircavadov millimizin Özbəkistan yığmasıyla yoldaşlıq oyunundan (0:0) danışarkən deyib.
Bu gün keçiriləcək Azərbaycan – Lixtençteyn beynəlxalq yoldaşlıq matçına da münasibət bildirən millimizin sabiq baş məşqçisi bunları deyib: “Bu oyun həm reytinq yığmaq, həm də qarşıdakı rəsmi görüşlərə hazırlaşmaq baxımından vacibdir. Yaddan çıxarmayaq ki, bir aydan sonra dünya çempionatının seçmə mərhələsində Lüksenburqla oyunumuz var. Foqts rəqibin oyuna da baxmalı, taktiki gedişlərin izləməlidir. Lixtenşteynlə oyunda qələbə vacib amildir. Çünki futbolçularda qələbə ruhu qalmalıdır ki, növbəti oyunda da bu hisslə meydana çıxsınlar”.
“Lixtenşteyn Azərbaycan millisinə uyğun rəqibdirmi” sualını cavablandıran A.Mircavadov “Rəqibimiz zəifdir. Bu gün biz daha güclü rəqiblərlə qarşılaşmalıyıq. Ancaq güclü rəqiblər də bizimlə oynamaq istəmir. Ona görə də rəqib kimdirsə, onunla oynamaq lazımdır” - deyə qeyd edib.
Milli komandamızın heyətinə çağrılan futbolçular haqqında da danışan təcrübəli mütəxəssis bildirib: “Oyunçuların siyahısına baxmışam. Özbəkistanla oyunu izləmədiyim üçün bu barədə mülahizə etmək biraz çətindir. Amma fikirləşirəm ki, bu oyunda Foqts əsas oyunçulara üstünlük verəcək. Artıq eksperiment vaxtı qurtarıb. Kamran Ağayev, Rəşad Sadıqov və Əfran İsmayılov müəyyən səbəbdən yığmaya çağrılmayıb. Bunların yoxluğu komandamızın işini çətinləşdirəcək”.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi