“Qarabağ” klubunun kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Komandanızın Antalyadakı təlim-məşq toplanışından əvvəl bildirmişdin ki, ayağında ağrılar var. İndi durumun necədir?
-Ayağımın ağrısı tam keçməsə də, azalıb. Əməliyyatın fəsadlarıdır. Yəqin ki, qarşıdakı oyunlara qədər hər şey qaydasına düşər.
- Antalyadakı toplanışda komandanız necə təsir bağışladı?
- Bu toplanışda xeyli yüklənsək də, vacib oyunlarımız oldu. Rəqiblərimiz düzgün seçilmişdi. Ortabab, Azərbaycan çempionatına uyğun komandalar idi. Əsasən rəqiblər bizə qarşı müdafiədə oynayırdılar. Biz hücum futbolu sərgilıyirdik. Məncə, komandamızın hansı formada olduğunu çempionatın oyunları göstərəcək.
- “Qarabağ”ın yeni transferləri ilə bağlı fikrini bilmək istərdik?
-Ümumən götürsək oyunçular hücum xəttin gücləndirmək üçün transfer olunub. Çempionatın gedişi göstərəcək ki, hansı transfer bizə daha çox lazım idi. Bəri başdan zəmanət vermək olmaz ki, hansı futbolçu özünü doğruldacaq. Nadir hallarda olur ki, alınan bütün futbolçular özünü yaxşı tərəfdən göstərir. Məşqçilər korpusu bu transferlərə qərar verib. Yəqin ki, komandaya xeyir gətirəcəklər.
- Branimir Subaşiçdən nə gözləyirsən? Səncə, hücumçu kimi komandaya fayda verə biləcək?
- Subaşiç təcrübəli və Azərbaycan futbolunu bilən futbolçudur. Onun komanndaya nə kimi xeyr verəcəyini zaman göstərəcək.
- Rauf Əliyevin “Bakı”ya keçməsini necə qarşıladın?
- Tək Rauf yox, çox futbolçular gedə bilrər. Rəşad Sadiqov da, Adamiya da gedib. Sabah biz də gedə bilərik. Bu olan şeylərdir. Məşqçilər korpusu Raufla söhbət edib, belə qərara gəldilər. Mən belə fkirləşirəm ki, bu, həm Rauf üçün, həm də komanda üçün yaxşı oldu.
- Millimizin yoxlama oyunlarıyla bağlı bir kapitan kimi nə deyə bilərsən?
- Özbəkistanla oyun normal alındı. Bu oyunlarda əsasən gənclərə üstünlük verərək ekperimentlər aparılır. Fürsətdən istifadə edib bəzi futbolçuları başqa mövqelərdə sınaqdan keçirirlər. Fikrimcə, belə oyunların millimizə faydası çoxdur.
- Qarşıdan Premyer liqa oyunları gəlir. İlk oyununuz səfərdə “Qəbələ”ylədir. Bu oyuna tam hazırsınız?
- Oyuna demək olar ki, hazırıq. Düzü birinci oyunda “Qəbələ” ilə rastlaşmaq istəməzdik.
- Niyə?
- Çünki, birinci oyun həmişə çətin olur. İlk oyunda da “Qəbələ” kimi çətin rəqiblə qarşılaşmaq bizə çətin olacaq. Amma neynəmək olar məcburuq çıxb oyunumuzu oynayaq.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi