Premyer Liqanın XVII turunda Bakının AZAL və Tovuzun “Turan” komandaları arasında keçirilmiş oyunla bağlı araşdırmalara başlanılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar UEFA-nın oyun alqı-satqısı və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq üçün Azərbaycanda təyin etdiyi nümayəndə, AFFA-nın hüquqşünası Rəmiş Malıyevin rəhbərliyi altında aparılır.
Artıq “Turan”ın vitse-prezidenti Namiq Məstanov, komandanın baş məşqçisi Əfqan Talıbov və futbolçu Aleksandr Krutskeviç dindiriliblər. Məstanov Lent.az-a deyib ki, Malıyevdən əlavə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə yazılı izahat verib. O, daha öncə mətbuata verdikləri açıqlamaları izahatla təsdiqlədiklərini vurğulayıb.
İzahatında yazdıqları barədə danışan Talıbov isə bildirib ki, AZAL-la oyundan sonra Krutskeviçin zəif oyununun səbəbini soruşub. Krutskeviç deyib: “Əsəblərim pozulmuşdu. Həm ailəmizdə problemlər var, həm də matçdan əvvəl komanda yoldaşlarım oyunun satıldıqlarını söyləmişdi”.
AZAL-ın mətbuat katibi Eldəniz Yusifov isə AFFA-nın başlatdığı araşdırmadan xəbərsiz olduqlarını deyib. O, təmsil etdiyi klubdan heç kimin federasiyada izahat vermədiyini bildirib.
Qeyd edək ki, 2012-ci il dekabrın 15-də keçirilmiş AZAL – “Turan” matçı qolsuz tamamlanıb – 0:0.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi