"Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimovun Qol.Az saytına müsahibəsi
- “Barselona”nın U-15 komandası Qəbələ kuboku turnirində iştirakını təsdiqləyib. Bu komandanı oyunlarını izlədikdən sonra onları turnirə çağırdınız, yoxsa Kataloniya klubunun adına görə dəvət göndərmişdiniz?
- Hamı bilir ki, “Barselona” uşaq futbolu sahəsində dünyada birinci yerdədir. Əslində onların oyununa baxmağa ehtiyac yoxdur. Bu bir aksiomadır ki, “Barselona”nın uşaq futbolçuları da, nisbətən yaşlılara da dünyanın ən yaxşıları arasındadır. Ona Amma onu da deyə bilərəm ki, biz ötən ilin fevral ayında Barselonada olan vaxt məşqçi heyətimizlə birgə “Barselona”nın oyununu izləmişik. O vaxt onlar U-14 komandasında oynayırdılar.
- Heyətində dünyanın ən güclü yeniyetmə futbolçularının cəmləşdiyi “Barselona”nın turnirdə iştirakı Azərbaycanın uşaq futboluna nə verə bilər?
- Fikrimcə, “Barselona”nın Azərbaycana gəlməyi təkcə uşaq futbolu deyil, ümumilikdə Azərbaycan futbolu üçün böyük hadisədir. “Barselona”nın əsas komandasını izləmək üçün dünyanın çox yerlərindən insanlar Barselonaya axışır. İndi isə onların 15 yaşlı futbolçuları Azərbaycana gəlirlər. Biz “Barselona”nın əsas və əvəzedici komandalarının, həmçinin akademiyalarının aşağı yaş qrupunun oyunlarını izləmişik. Rusiyada onlarla iki ay əvvəl eyni turnirdə iştirak etmişik. Onların bütün komandaları eyni sistemlə oynayır. Hətta “Barselona”nın doqquz yaşlı uşaqlarının oyununa baxanda belə sanki əsas komandaları oynayır. Bu mənada, ın oyununu izləmək həm zövqlüdür, həm də “Barselona”nın yeniyetmə futbolçularının oyununa baxmaq Azərbaycanın yeniyetmə futbolçuları üçün böyük məktəbdir. Onlardan öyrəniləsi çox şey var.
- “Barselona”nı Azərbaycana dəvət etməyinizin həm də reklama hesablandığını söyləmək olar?
- “Barselona”nın Azərbaycana gəlməyi Azərbaycan futbolu və “Qəbələ” klubu üçün reklamdır. Amma biz hansısa addımı reklam görə atmırıq. 2005-ci ildən qurulan klubumuz indiyədək nəyisə özünüreklam xatirinə etməyib. Bu, mətbuatda da dəfələrlə qeyd olunub. “Barselona”nın bura çağrılmağı da qətiyyən reklama hesablanmayıb. Fikrimiz turniri daha keyfiyyətli keçirmək, ən yaxşı komandaları bura dəvət etməkdir ki, o komandalarla qarşılaşmaq şansı əldə edək . Çünki səviyyəli komandalarla oynamaq bizim futbolçularımız üçün böyük təcrübədir.
- Turnirə yerli klublardan hansıları dəvət etmisiniz?
-Ötən il “Qarabağ”ı dəvət etmişdik. Bu il “Bakı” klubunu çağırmışıq. Onlar da uşaq futbolunun inkişafı istiqsmətində böyük iş görür, sərmayələr yatırır. Bu gün “Atletiko” ilə əməkdaşlıq etmək böyük hadisədir. Buna görə də hesab edirik ki, “Bakı” bu turnirdə oynamağa layiqdir.
- Qəbələ Futbol Akedemiyası Avropanın bir sıra futbol akademiyaları ilə əməkdaşlıq edir. Gələcəkdə sıx əməkdaşlıq edəcəyiniz klublar sırasında “Barselona”nı da görmək mümkün olacaq?
-“Barselona” artıq bir ildən artıqdır ki, bizim klubla əməkdaşlıq edirr. Ötən il “Barselona”lı məşqçilər Qəbələdə ongünlük kursda oldular. Ötən ilin fevralında Barselonaya gedib bir həftə orada qaldıq, “Barselona”nın oyunlarında, məşqlərində iştirak etdik, yerli məşqçilərlə fikir mübadiləsi apardıq. Onların Azərbaycana gətirilməsi də bu əməkdaşlığın tərkib hissədir. Bundan sonra da əməkdaşlıq bu səpkidə davam edəcək.
- Artıq yarışda iştirak edəcək bütün komandaların adları dəqiqləşibmi? Dəqiqləşibsə, bunlar hansı komandalardır?
- Hələ ki, beş klub iştirakını rəsmən təsdiqləyib. Bunlar “Zenit”, “Beşiktaş” “Barselona”, “Bakı” və “Qəbələ”dir. Üç komanda qalır ki, onlar hələ dəqiqləşməyib. Dəqiqləşəndən sonra fevral ayında onlar da müraciətlərini təqdim edəcəklər.
- Qəbələ kuboku turnirində komandaların yerləşdirilməsi və səfər xərclərini klubunuz ödəyir, yoxsa iştirakçılar özləri?
- Dəvət olunan komandaların xərclərinin böyük əksəriyyətini “Qəbələ” klubu üzərinə götürüb.
- Qəbələ kuboku turnirində dünyanın tanınmış futbol adamlarından kimlərin qonaq qismində iştirakı gözlənilir?
- Belə fikrimiz olsa da, bununla bağlı yekun qərar fevral-mart aylarında veriləcək.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi