“Qəbələ” “Koreyalı Messi”ni Azərbaycana gətirir (VİDEO)

“Qəbələ” “Koreyalı Messi”ni Azərbaycana gətirir (VİDEO)
ÖLKƏ FUTBOLU 4 Fevral 2013 / 19:07 5287
-  A +

Mayın 28-dən iyunun 2-dək Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunda iştirak edəcək “Barselona”nın bu yaş qrupu üzrə komandasının üzvləri arasında gələcəyin futbol ulduzu ola biləcək oyunçular da var.

Qol.Az-ın məlumatına görə, xüsusən 15 yaşı olmasına baxmayaraq, bu gün fitri istedadı ilə dünya futbolunda “Koreyalı Messi” kimi də ad çıxaran Li Seunq Vunu göstərmək olar.

Qeyd edək ki, “Barselona” bu futbolçunu beynəlxalq turnirlərdən birində kəşf edib, sonra onu heyətinə cəlb edib.

Bundan başqa, “Qəbələ” Futbol Akademiyasının təşəbbüsü və dəstəyi ilə baş tutacaq Qəbələ kuboku yarışında azarkeşlər “Barselona”nın U-15 komandasının heyətində daha bir neçə qeyri-adi istedada malik olan futbolçuların oyunu ilə tanış olmaq imkanı əldə edəcəklər.


BU DA “KOREYALI MESSİ”


Daha çox


Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə