Hazırlıqlarının Antalya mərhələsini tamamlayaraq vətənə dönən “Qəbələ” heyətini beş futbolçu ilə gücləndirib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bir müddətdir komandanın düşərgəsində baxışda olan Amit Quluzadə, Luka Jinko, İfeanye Emeqara, Mustafa Dabo və Kristian Pulhak rəsmən qırmızı-qaraların sıralarına qatılıb.
Amit Quluzadə
1992-ci ildə Bakıda anadan olan Amit peşəkar futbolçu karyerasına “Neftçi”də başlayıb. 2009-2011-ci illərdə paytaxt təmsilçisinin şərəfini qoruyan yarımmüdafiəçi 2011-2012 mövsümünü Türkiyənin “Kayseri Erciyesspor” klubunda keçirib. Quluzadə 2012-2013-cü futbol ilinin ilk yarısında Bakı təmsilçisi “Rəvan”da top qovub. Yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
Luka Jinko
1983-cü ildə Sloveniyada anadan olan Jinko peşəkar futbolçu karyerasına doğma ölkəsində 2003-cü ildə “Smartno” klubunda start verib. Karyerası boyunca “İstres” (Fransa), “Bela Krayina”, “Domjale”, “Rudar Valenye” (hamısı Sloveniya), “Kocaelispor” (Türkiyə), “Alki”, “APOP Kinyras” kimi klublarda top qovan futbolçu ilə 6 ay + 1 illik müqavilə imzalanıb. Luka Jinko Sloveniya milli komandasının formasını da geyinib.
İfeanye Emeqara
Emeqara 1984-cü ildə Nigeriyada anadan olub. Peşəkar futbolçu karyerasına Avropada başlayan müdafiəçinin ilk klubu Serbiya “Partizan”ı olub. İki mövsüm – 2004-2005, 2005-2006 müvsümlərində sözügedən ölkədə top qovan Emeqara 2006-cı ildən 2012-ci ilin sonunadək Ruminiya klublarının – “Poli Timişuara” (2006-2007) və “Styaua”nın (2007-2012) şərəfini qoruyub. Futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Mustafa Dabo
1986-cı ildə Seneqalda anadan olan futbolçu karyerası boyunca “Sion”, “Servett”, “Sent-Qallen”, “İverdon”, “Aarau” (hamısı İsveçrə), “Əl Sailiyə” (Qətər), “İttihad Kalba” (Birləşmiş Ərəb Əmirlikləri) top qovub. Dabonun “Qəbələ”dən öncəki klubu isə Litvanın “Spartak” komandası olub. Hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.
Kristian Pulhak
1984-cü ildə Rumuniyada anadan olan Kristian Pulhak peşəkar karyerasına 2001-ci ildə doğma vətənində - “Dinamo” Buxarest komandasında başlayıb. Keçidinə qədər komandasından ayrılmayan Pulhak sadəcə 2010-2011-ci futbol mövsümündə İspaniyanın “Herkules” klubunda icarə əsasında top qovub. Müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Yaxın günlərdə “Qəbələ” daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirəcək. Serbiyalı futbolçu Nikola Valentiç tibbi müayinədən sonra rəsmən “Qəbələ”li olacaq.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi