“Həm milli komanda, həm də klublarımız bir-birini nəzərə almalıdır. Çempionatda ikinci dövrənin oyunları başlayanda gərgin mübarizə gedəcək. Dörd oyundan sonra artıq ilk “altılıq”da oynayan komandalar müəyyənləşəcək. Klublarda hansısa oyunçunun olmaması belə bir vaxtda həmin klubu çətin vəziyyətə salacaq. Ancaq nəzərə almaq lazımdır ki, millimizin mart da oyunu var”.
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri millimizin sabiq baş məşqçisi Şahin Diniyev klublarımızın təlim-məşq toplanışının getdiyi bir vaxtda milli komandamızın da hazırlıq prosesi keçməsinə münasibət açıqlayarkən deyib.
O xatırladaq ki, Dubay toplanışında millimiz Lixtenşteyn və Özbəkistan komandaları ilə qarşılaşacaq: “Ona görə də hər iki tərəfə - həm milliyə, həm də klublara yoldaşlıq oyunu vacibdir”.
Azərbaycan klublarınən qış transferlərinin səviyyəsi ilə bağlı Qol.Az-ın sualını cavablandırarkən Ş.Diniyev qeyd edib ki, hazırda yaxşı, eyni zamanda azad statuslu futbolçu tapmaq çətindir: “Ya gərək müqaviləsi olan futbolçunu yüksək məbləğə transfer edəsən, ya da azad agent olan zəif fulbolçu alasan”.
UEFA-nın Azərbaycan klublarının transfer siyasətinin doğru olmaması, transferlərə yersiz yerə çox pul xərcləməsi haqda mövqeyinə də toxunan Ş.Diniyev deyib: “UEFA faktlar əsasında danışır. Bunu boş yerə demir. Həqiqətən də Azərbaycan klublarının transfer etdiyi futbolçular yaşlı və ya perspektivi olmayanlardır. Həmin futbolçuları son oynamaq yeri Azərbaycan olur. Ona görə sonra o futbolçunu hansısa kluba satmaq mümkün olmur. UEFA da bunları nəzərə alıb. İndi klublarımız nəticəyə oynayır. Ona görə təcrübəli futbolçular alırlar ki, bu gün onlara kömək etsin. Sonrasını düşünmürlər. Ancaq Avropada bu belə deyil. Hətta 16 yaşlı futbolçu ilə də müqavilə bağlayırlar və bunu gələcəyə atılmış addım kimi qiymətləndirirlər”.
Ş.Diniyev son vaxtlar “Rəvan”a baş məşqçi gələcəyilə bağlı yayılan fikirlərə də aydınlıq gətirib: “Mən həmişə səmimi olmuşam. İndi sizinlə də səmimiyəm. Futbol bazardır. Çox məlumatlar yayıla bilər. Mənə elə gəlir ki, futbolçu və ya baş məşqçi müqaviləyə qol çəkdikdən sonra deyə bilər ki, mən bu komandanın üzvüyəm. Buna qədər olan bütün proseslər hamısı piardır. Çox söz ola bilər. Ancaq hazırda mən heç bir klubla müqavilə bağlamamışam”.
Ramiq AĞAMƏMMƏDOV
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı
“İmişli”dən futbol veteranlarına bayram jesti