“Azərbaycana ikra yeməyə gəlməmişəm. Burada qarşımda duran məqsəd və vəzifələr var. Həmin vəzifələri icra etmək üçün buradayam. Siz məndən 1 ildə köklü dəyişikliklər istəyirsiniz. Bu mümkün deyil axı”. Qol.Az-ın məlumatına görə, bu sözləri Uelslə sabahkı matç öncəsi keçirdiyi mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçis Berti Foqts deyib. Jurnalistlərlə söhbətində almaniyalı mütəxəssis bir daha legioner limitinin tətbiqinin vacibliyini vurğulayıb: “Dəfələrlə demişəm, yenə təkrar edirəm. Azərbaycan çempionatında yerli futbolçulara daha çox oynamaq şansı verilməlidir. Bu mənada limitin tətbiqi vacibdir. Mən əcnəbilərin əlehinə deyiləm. Özüm də əcnəbiyəm. Amma limit mütləq olmalıdır. Bu arada limit məsələni AFFA rəhbərliyi ilə bir daha müzakirə etmişəm. Ola bilsin növbəti mövsümdən hər bir klubun heyətində 5 yerli futbolçu oynasın”.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq