Rəşad Sadiqov: "Bizi yalnız çempionluq düşündürür"

ÖLKƏ FUTBOLU 15 Yanvar 2013 / 13:51 1984
-  A +

Antalya hazırlığını davam etdirən "Neftçi" klubunun kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına müsahibə verib:



- Hazırlığın dörd günü artıq geridə qalib. Gündəlik məşqlərdə fiziki yükləmələrin öhdəsindən gəlmək çətin deyil ki?

-Bu mərhələ fiziki keyfiyyətlərin artırılmasına hesablanıb. Bu ilk baxışdan çətin görünə bilər. Amma gördüyün işi sevirsənsə, ondan ləzzət alırsansa yorulmursan. Əsas şərt isə abu-havadır. Klub prezidenti Sadıq Sadıqov bura gəldiyimiz gündən komandanın düşərgəsindədir. Klub prezidentinin komandanın yanında olması əhval-ruhiyyənin yüksəlməsi ilə yanaşı, futbolçulara əlavə stimul verir. Bu hazırlıqdan maksimum şəkildə yararlanmaq istəyirik.

- Qarşıdakı günlərdə keçiriləcək yoxlama oyunları ilə bağlı nə deyə bilərsən?

- Yoxlama oyunlarında ən vacib amil hazırlığın faydasını görmək  və futbolçuları yoxlamaqdır. Təbii ki, nəticənin də xeyrimizə olmasını istəyirik. Futbolu qol vurmaq üçün oynayırsan, dolayısı ilə qələbə üçün.

- Antalya hazırlığının bəhrəsi nə olacaq?

- Bizi yalnız çempionluq düşündürür. Bütün əməyimizi bu yolda sərf edirik. Mövsümün ilk yarısında ağır oyun qrafiki səbəbindən bir-neçə qarşılaşmada vacib xallar itirdik. Ardıcıl üçüncü çempionluğu əldə etmək üçün əlimizdən gələni edəcəyik. Ölkə kubokunu da unutmayaq. Hər iki cəbhədə bir məqsəd üçün vuruşacağıq. Bizi sevən hər kəs Avropadakı yolumuzun davamını gözləyir. Onların da etimadını yerə vurmarıq.

Daha çox


Son xəbərlər