“Olimpik”in baş məşqçisi Əsgər Abdullayev bir neçə gün əvvəl ölkə mətbuatına verdiyi müsahibədə keçmiş klubu “Bakı” haqda da danışıb. “Zolaqlılar”ın çıxışına toxunan Abdullayev sabiq klubunun çempionluğunu arzu etdiyi deyib. Əsgər Abdullayevin “Allah haqqı mən "Bakı"nın çempionluğunu arzu edirdim" deməsi “Bakı”nın düşərgəsində ciddi narazılığa səbəb olub.
Xatırladaq ki, ölkə çempionatının 20-ci turunun "Olimpik"-"Bakı" oyununun 51-ci dəiqəsində Junivan Suares fair play qaydalarına zidd şəkildə qol vuraraq "Bakı"nın məğlub olmasına zəmin yaratmışdı.
Bu məsələni hələ də unutmayan “Bakı” klubunun rəsmi saytında yer alan məlumatda deyilir: “Oyundan sonra keçirilən mətbuat konfransında "Olimpik"in baş məşqçisi Əsgər Abdullayev "mən futbolçularımın hərəkətinə görə üzr istəməyə hazıram" desə də, sonadək bu addıml atmadı. Əsgər Abdullayev biabırçı epizodda əsas rollardan birini oynayan Mahir Şükürovun cəzalandırılacağını bildirsə də, bir neçə gün sonra bunun yalnız gözdən pərdə asmaq üşün söylənildiyi məlum oldu.
Təəssüf ki, Əsgər Abdullayev çıxılmaz vəziyyətdə olduğunu, komandasını layiqsiz qalibiyyətə sürükləyən amillərdən danışmadı. Əsgər Abdullayev komandasının aylarla məvacib üzü görmədiyini, "Bakı" ilə oyuna "liderdən xal alın, bütün borclarınız ödənsin" şərti altında çıxdığını sirr kimi qorudu.
Adına and içdiyi Allahı Əsgər Abdullayevi və onu ədalətsizliyə sürükləyən şəxsləri özü məsləhət bildiyi kimi cəzalandırdı:
"Bakı" bütün fitnələrə baxmayaraq çempionluq tituluna qovuşdu, Əsgər və komandası isə vəd edilən mükafatın həsrətində qaldı. Bütün bunlardan sonra nala-mıxa döyməyin nə faydası var?
Əsgər Abdullayev, bunu bilməyiniz məsləhətdir: "Bakı" göz yaşlarına inanmır.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı
Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
DÇ-2026-nı buraxacaq
AFFA cəza və cərimələri açıqladı