AZAL klubunun futbolçusu Aqil Nəbiyev komandadan ayrılmasının səbəblərini açıqlayıb. Qol.Az-ın müxbiri ilə söhbətində o deyib ki, bu gün klubun prezidenti Zaur Axundovla görüşərək söhbət edib.
“Ona bildirdim ki, digər kluba keçmək istəyirəm. Çünki neçə vaxtdır ehtiyatda otururam. O da mənim milli komandada oynadığımı, gələcəkdə orada çıxış etməyimdə problem yaranmaması üçün gedişimə razılıq verdi və qarşılıqlı anlaşma ilə yolları ayrıldıq” – deyə o vurğulayıb.
O, gedişi ilə bağlı komandanın baş məşqçisi Vaqif Sadıqovla razılaşdığını bildirib: “Klub rəhbərliyi ilə halallaşdım. Saqıqov məni oynatmadı. Bu onun bir məşqçi kimi öz fikridir”.
A.Nəbiyev qeyd edib ki, hazırda Türkiyə və yerli klublardan təkliflər var: “Hələlik onların adlarını açıqlamaq istəmirəm. Zamanı gələndə hər şey bilinəcək”.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video