Portuqaliyanın “Portu” klubu bu gunlər əvəzedici heyətdə baxışda olan Azərbaycan U-19 millisinin və “Sumqayıt”ın hücumçusu Orxan Əliyevlə bağlı qərarını verib.
Futbolçunun meneceri Vaqif Heydərli Qol.Az saytına açıqlamasında deyib ki, “Portu”nun rəsmiləri Orxanın hələlik əsas və əvəzedici komandada oynamağa hazır olmadığını bildiriblər.
“Bundan başqa, 18 yaşı tamam olmadığı üçün Orxan bu klubla müqavilə bağlaya bilməz. Portuqaliyalılar təklif etdi ki, Orxan müvəqqəti olaraq onların U-19 komandasında oynasın. Dedilər ki, sonra onu yuxarı yaş qrupu üzrə komandalarına götürə bilərlər. Lakin futbolçu və klubu bu təklifə razı olmadı. Ancaq onlar dedilər ki, gələcəkdə yenidən bu məsələyə qayıda bilərik. Əlbəttə ki, bundan sonra hər şey Orxanın klubundakı çıxışından asılı olacaq” – deyə V.Heydərli bildirib.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video