“İlk dəqiqələrdə qol buraxdıq, lakin sona qədər ümidimizi itirmədik, mübarizə apardıq. Oyunun son saniyələrində hesabı bərabərləşdirə bildik".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Karles Bakes "Turan"la kubok matçından sonra (5:4) keçirilən mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis komandasının qələbəyə layiq oynadığını bildirib: "Həm oyunumuza görə, həm də yaratdığımız qol epizodlarına görə layiqli qələbə qazandıq. Azarkeşlərimiz uzun yol qət edib bura gəlmişdilər, dəstəyə görə onlara təşəkkürümü bildirirəm. Gələcək oyunlarda da onları sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, əsas vaxtı 1:1 hesabı ilə başa çatan "Turan" - "Xəzər Lənkəran" matçının taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Bu seriyada daha dəqiq oynayan Lənkəran təmsilçisi rəqibini 5:4 hesabı ilə məğlub etməyi bacarıb.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video