"Kubok oyunu bir oyundan ibarətdir. Öz meydanımızda oynamağımız üstünlüyümüz idi. “Qarabağ” topu özündə saxlamağı xoşlayan komandadır. 90 dəqiqə bərabər oyun getdi, təəssüf ki, əlavə vaxtda məğlub olduq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Kəpəz" klubunun baş məşqçisi Mahmud Qurbanov "Qarabağ"la kubok matçından sonra (0:2) keçirilən mətbuat konfransında deyib.
M.Qurbanov məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib: “Qarabağ”ın futbolçularının ustalıq səviyyəsi öz sözünü dedi. Komandanın oyunundan, mübarizə ruhundan razıyam. Komandanı qışda gücləndirmək lazımdır, bizə oyunun gedişini dəyişə biləcək oyunçular, lider lazımdır”.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video