“Turan”ın baş məşqçisi Əfqan Talıbov bu gün “Xəzər Lənkəran”a qarşı keçirilən ölkə kubokunun 1/8 final mərhələsinin oyunundan dərhal sonra Qol.Az saytına açıqlama verib.
O, görüşün baş hakimi Fariz Yusifovun idarəçiliyindən narazı qalıb.
Qeyd edək ki, “Turan” hesabda 1:0 öndə olsa da, matçın 90+4-cü dəqiqəsində öz qapısından qol buraxıb, penaltilər seriyasında isə rəqibinə uduzub.
Ə.Talıbov Qol.Az-a bildirib ki, oyuna əlavə edilmiş dəqiqələr dörd deyil, üç dəqiqə olmalıydı: “Fariz Yusifovun idarəçiliyində “Xəzər Lənkəran”a müəyyən qədər simpatiyası hiss olunurdu. Oyunun 90-cı dəqiqəsində qapıçımıza qırmızı vərəqə göstərildi. Bəlkə də, Popoviç olsaydı, penaltilərdən bir top fərqiylə - 4:5 hesabla məğlub olmazdıq. Penaltini Azər Məmmədov vura bilmədi. Lakin uşaqları gözəl oyuna görə təbrik edirəm. Biz sona qədər mübarizə apardıq. İndi bütün fikrimizi çempionat oyunlarına yönəldəcəyik” – deyə o vurğulayıb.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video