“Bəxtiyar Soltanovu transferə çıxarmağımızla bağlı xəbərlər düzgün deyil. Biz Bəxtiyarı transferə çıxarmırıq, icarəyə veririk”.
Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib. Klub rəsmisi deyib ki, klub seçimini futbolçu özü edəcək: “Bəxtiyar gənc, perspektivli futbolçudur. Biz də istəyirik ki, o daimi olaraq meydançada olsun, öz oyununu göstərsin. Məhz buna görə, icarəyə vermək qərarına gəldik. Onun xidmətində maraqlı olan bir neçə klub var. Ancaq seçimi Bəxtiyar özü edəcək”.
Ə.Çəlikəl son günlər Rail Məlikovun “Qarabağ”a keçəcəyinə dair yayılan məlumatlara da münasibət bildirib: “Qarabağ”ın məşqçilər korpusu tərəfindən Raillə bağlı rəhbərliyə heç nə deyilməyib. Deməli, bu futbolçu bizim transfer siyahımızda yoxdur. Sadəcə, futbolçu formasını itirməmək üçün “Qarabağ”ın məşqlərində iştirak edir ki, mən də bunu tam normal qəbul edirəm”.
Bununla belə, o, transfer pəncərəsinin bağlanmasına qədər ən azı daha bir transefer həyata keçirmək istədiklərini bildirib: “Yeni transferlərin olunacağı istisna deyil. Ancaq bilirsiniz ki, “Qarabağ” bu cür məsələlərdə çox həssasdır. Çalışırıq götür-qoy edək, yaxşı-yaxşı düşünək ki, səhv etməyək. Açığı qərar vermək də çox çətindir. Hər halda son seçim baş məşqçinin olacaq. Ancaq böyük ehtimalla minimum bir futbolçunu heyətimizə qatacağıq”.
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi