“Qarabağ”ın hücumçusu Rauf Əliyevin Premyer Liqada “Sumqayıt”a qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az saytına müsahibəsi
- Ötən mövsüm “Qarabağ” “Sumqayıt”la oyunlarda beş xal itirdi. Növbəti sensasiyanın təkraralana biləcəyi sizi narahat etmir?
- Futbolda gözlənilməz nəticələr çox olur. Biz də bunu bilərək qarşılaşmaya ciddi hazırlaşmışıq. Əlimizdən gələni etməliyik ki, sensasiya baş verməsin.
- Rəqibinizin “Qarabağ” kimi ilk iki turda dörd xal qazanıb. Necə düşünürsən, keçən mövsümkü “Sumqayıt” güclü idi, yoxsa hazırkı?
- Heyətinin çoxunu gənclər təşkil edir. Lakin bu futbolçuların yaxşı potensialı var. “Sumqayıt” bəzi legionerləri də transfer edib. Bu mövsüm daha yaxşı təsir bağışlayırlar. Çempionatın iddialı komandalarından olan AZAL-a məğlub olmamaları, “Turan”a səfərdə qalib gəlmələri dediklərimə sübutdur.
- “Sumqayıt”la matçda qələbə şanslarınız nə qədərdir?
- Biz yalnız üç xal haqda düşünürük. Bu mövsüm “Qarabağ” çox iddialıdır. Hər oyunda maksimum xal götürməyə çalışırıq..
- Keçən tur “Neftçi”ylə oyunda yarımmüdafiəçi Əfran İsmayılov hücumçu kimi oynadı. Əfran yeni mövqeyində sənə necə təsir bağışladı?
- Pis təsir bağışlamadı. Daim rəqibi təzyiq altında saxlamağı bacarırdı. Ola bilsin, növbəti oyunlarda daha yaxşı çıxış edəcək.
- Sənə Türkiyədən təklif gəlmişdi. Hazırda məsələ nə yerdədir?
- Bu, çox şişirdildi. Belə götürəndə elə də konkret bir şey yox idi. Artıq həmin məsələ bağlanıb.
- Keçən mövsüm çox zəif təsir bağışladın. Bəs, bu çempionatda necə olacaq?
- Çox istəyirəm ki, yaxşı nəticə göstərəm. Əlimdən gələni edəcəyəm ki, komandanın qələbələrində pay sahiblərindən olum. Bacardığım qədər çalışacağam ki, çox qol vurum.
Əli HƏYATİ
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı