"Real" (Madrid) klubunun və Almaniya millisinin futbolçusu Məsut Özil "Avro-2012"nin ilk matçında qarşılaşacaqları Portuqaliya ilə oyun haqda danışıb.
Qol.Az-ın məlumatına görə, "Kicker"ə müsahibə verən türk əsilli futbolçu komandasının Kriştiano Ronaldoya deyil, Portuqaliya yığmasına qarşı oynayacağını bildirib:
"Biz Ronaldoya deyil, Portuqaliyaya qarşı oynayacağıq. Doğrudur, onlar həm komanda, həm də fərdi olaraq çox yaxşı təsir bağışlayırlar. Məncə, Ronaldo, Pepe və Koentrao dünyanın ən yaxşı futbolçularından biridir. Ancaq biz də özümüzə güvənirik. Turnirin əsas favoritləri isə İspaniya, Hollandiya və Fransa yığmalarıdır".
Qeyd edək ki, Almaniya millisi turnirdə ilk qarşılaşmasını iyunun 9-da məhz Portuqaliyaya qarşı keçirəcək.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var