Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!

Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
ÖLKƏ FUTBOLU 4 İyun 2026 / 23:42 9449
-  A +

Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında final oyununa çıxıb.

QOL.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gəlib. Millimiz finalda Ukrayna seçməsini 2:0 hesabı ilə məğlub edərək Avropa çempionatının qalibi olub.

4 iyun

Ukrayna - Azərbaycan - 0:2

Qollar: Mirmehdi Rzayev, İsa Atayev

Beləliklə, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Yığmamız daha əvvəl 2022-ci ildə müvafiq titula sahib çıxıb.

Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib. Komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2), yarımfinalda Serbiyanı (1:1, penaltilər - 3:1) üstələyib.

Daha çox


Son xəbərlər
topaz banner