“Mənə “Bakı” klubundan hər hansı bir təklif gəlməyib. “Bakı” klubunun prezidenti Hafiz Məmmədovla tez-tez əlaqə saxlayıram. Amma son günlər onunla “Bakı”ya keçidimlə bağlı söhbətimiz olmayıb”.
Bu sözləri Qol.Az saytına açıqlamasında “Bakı” klubunun sabiq baş məşqçisi Bülənt Qorxmaz deyib.
Superliqa təmsilçisi “Karabükspor”dan ayrıldıqdan sonra Bülənt Qorxmazın adı “Bakı”nın baş məşqçisi vəzifəsinə namizədlər sırasında çəkilir.
Türkiyəli mütəxəssis müxbirimizlə söhbətində hazırda bir neçə klubla danışıqlara başladığını bildirib: “Mənə təkliflər var. Həmin klublarla danışıqlar aparırıq. Bu klubların arasında isə “Bakı”nın adı yoxdur. Klubun prezidenti Hafiz Məmmədov mənim üçün çox dəyərli birisidir. Onun yeri mənim üçün ayrıdır. Amma mən bu məsələyə peşəkarcasına yanaşıram. Hafiz bəylə hər zaman oturub söhbət edərəm. Onunla danışdıqdan sonra bu barədə hər hansı bir qərara gəlmək olar. İndidən bununla bağlı nəsə fikir yürütmək doğru deyil”.
Qorxmaz “Bakı”nın Avroliqa şanslarına da toxunub: “Azərbaycandan hər hansı bir klubun Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması futbolunuz adına böyük iş olar. Mən “Bakı”ya gələrkən hədəfimiz üç illik çalışmadan sonra komandanı Avroliqanın qrup mərhələsinə yüksəltmək idi. Təəssüf ki, bunun üçün imkan olmadı.Gördüyüm işlər mətbuat tərəfindən təqdir edilmədi. İndi mən “Bakı”dan ayrılmışam və bəziləri mənim qiymətimi anlamağa başlayıblar. Halbuki mən sizin ölkədə gözəl işlər görmək istəyirdim”.
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək