Aleksandr Şoliç: “Neftçi”ni yox, öz oyunumuzu düşünməliyik”

Aleksandr Şoliç: “Neftçi”ni yox, öz oyunumuzu düşünməliyik”
ÖLKƏ FUTBOLU 12 May 2012 / 20:55 2161
-  A +

“Neftçi”nin heyətində konkret kimisə fərqləndirmək istəmirəm. Odur ki, ad çəkməyəcəm. Rəqib,komanda şəklində güclüdür. Ancaq biz “Neftçi”ni yox, öz oyunumuzu düşünməliyik”.
 
Bu sözləri Qol.Az-a açıqlamasında ölkə kubokunun finalında “Neftçi” ilə qarşılaşacaq “Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç deyib.
 
Xorvatiyalı futbolçu matçın süni örtüklü meydançada keçirilməsinə də münasibət bildirib: “Bunun bizə problem yaradacağını düşünmürəm.
 
Çünki kubok bir oyundan ibarət olur, həm də “Neftçi” də eyni meydançada oynayacaq. Təbii ki, heç kim istəməz süni örtükdə oynasın. Amma dediyim kimi, bir oyuna görə keçmək olar”. Qeyd edək ki, ölkə kubokun finalı Mərdəkandakı "Dalğa Arena"da keçiriləcək.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır