Eder Bonfim: "Avropa Liqasına vəsiqə ilə işimiz bitmir"

Eder Bonfim: "Avropa Liqasına vəsiqə ilə işimiz bitmir"
ÖLKƏ FUTBOLU 12 May 2012 / 16:05 3068
-  A +

“Qarabağ”ın gücünü hamı bilirdi. Bu komanda topla çox gözəl rəftar edir, sürətli futbol oynayır. Odur ki, bizi necə çətin oyun gözlədiyini əvvəlcədən bilirdik”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Eder Bonfim deyib. 

Rumıniyalı futbolçu qazandıqları qələbə və vurduğu qol haqda isə belə danışıb: “Təbii ki, bu, parlaq qələbə oldu. Açığı, hesabın bu cür olacağını o qədər də proqnozlaşdırmamışdıq. Ancaq qələbə qazanacağımıza inanırdıq. Erkən qolla buna daha da əmin olduq. Öz qoluma gəlincə, təbii ki, buna görə də sevinirəm. Ancaq əsas olan komandanın qələbəsidir”.
 
Bonfim artıq Avropada uğur qazanmaq haqqında düşündüklərini bildirib: “Avropa Liqasına vəsiqə ilə işimiz bitmir. İndi əsas hədəf orada da uğurla çıxış edib azarkeşlərimizi sevindirməkdir. Əlbəttə, püşkdən də çox şey aslıdır, ancaq əlimizdən gələni edəcəyik ki, bacardığımız qədər uzağa gedək”.

Qeyd edək ki, dünən Unibank Premyer Liqanın XXXII turu çərçivəsində “Xəzər Lənkəran”ın “Qarabağ”ı 4:1 hesabıyla məğlub etdiyi oyunda 3-cü qolun müəllifi məhz Bonfim olmuşdu.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır