Azərbaycanın UEFA-nın "Fair-play" reytinqində mövqeyi bəlli oldu

Azərbaycanın UEFA-nın "Fair-play" reytinqində mövqeyi bəlli oldu
GÜNDƏM 7 May 2012 / 20:01 3001
-  A +

Azərbaycanın UEFA-nın açıqladığı son "Fair-play" ("Ədalətli oyun") reytinqindəki mövqeyi bəlli olub.

Qol.Az-ın məlumatına görə, ölkəmiz siyahıda otuzuncu yeri tutub.

UEFA elan edib ki, birinci yeri Norveç, ikinci pilləni Finlandiya, üçüncülüyü isə Hollandiya tutub. 2011-ci ilin mayın 1-dən bu il aprelin 30-dək olan dövrü əhatə edən yarışlarda komandaların rəqiblərinə və hakimlərinə gözəl münasibəti, tamaşaçıların davranış qaydası, həmçinin oyunçuların aldığl sarı və qırmızı vərəqələrin sayı əsas götürülüb.

Adları çəkilən bu üç ölkə avrokubokların birinci mərhələləsində oynamaq üçün daha bir yer qazanıblar.

Daha çox


Son xəbərlər