Türkiyə Superliqasının final mərhələsi çərçivəsində keçirilən "Trabzonpsor" - "Fənərbaxça" matçında yenidən qalmaqal yaşanıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, oyundan öncə "Fənərbaxça"nın avtobusunu daşa basan "Trabzonspor"lu azarkeşlər oyun zamanı da meydana atdıqları yad əşyalarla görüşün bir neçə dəqiqə dayanmasına səbəb olublar.
İlk hissənin sonlarında "Trabzonspor"lu Didye Zokoranın rəqibi Əmrə Bəlözoğluna qarşı sərt oynaması iki komandanın futbolçuları arasında gərginliyi yüksək həddə çatdırıb. Fasilə zamanı isə "Trabzonspor"un qapıçısı Tolqa Zənginlə "Fənərbaxça" klubunun tərcüməçisi Samet Gözəl arasında insident yaşanıb. Paltardəyişmə otağına qədər böyüyən insidenti çətinliklə də olsa, yatırmaq mümkün olub.
Lakin oyundan sonra paltardəyişmə otağının dəhlizində hər iki komandanın futbolçuları arasında yenidən gərginlik yaşanıb. "Trabzonspor" klubunun prezidenti Sadri Şenerlə "Fənərbaxça"nın hücumçusu Semih Şəntürk söz davasına çıxıblar. Semih Sadri Şenerin ona çox ağır söyüşlər söylədiyini bildirib.
Qeyd edək ki, "Trabzonspor" - "Fənərbaxça" matçı 3:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
"Arsenal"a keçə bilər
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi