"Olimpik" - "Bakı" oyunu yenidən keçiriləcək

"Olimpik" - "Bakı" oyunu yenidən keçiriləcək
ÖLKƏ FUTBOLU 9 Aprel 2009 / 17:27 2838
-  A +

Son günlər gündəmdən düşməyən "Olimipik" - "Bakı" qalmaqalında yeni hadisələr yaşanır. Qol.Az-ın əldə etdiyi məlumata görə, artıq tərəflər razılığa gəlmək üzrədirlər. Çox güman ki, "Olimpik" - "Bakı" oyunu yenidən keçiriləcək. "Bakı"nın icraçı direktoru Yaşar Seyidovun verdiyi məlumata görə, klub rəhbərləri arasında şifahi razılıq əldə olunub: "Hər 2 oyunun yenidən keçirilməsinə tərəflər razı oldu. Ancaq şifahi şəkildə. İndi biz lazımi sənədləri hazırlayırıq və PFL-ə təqdim edəcəyik. Ümidvarıq ki, hər 2 oyunun təzədən keçirilməsinə nail olacağıq". 

Daha çox


Son xəbərlər