Rusiyanın "Volqa" klubunun hücumçusu Vaqif Cavadovun müsahibəsi
- Sizin “Volqa”dan kənarlaşdırıldığınız və Azərbaycanın müxtəlif klubları ilə danışıqlar apardığınız barədə xəbərlər yayılıb. Bu xəbərlər nə dərəcədə həqiqətə uyğundur?
- Haqqımda yazılanlardan mənim də, klubumun da xəbərimiz var. Klubumuzdan açıqlama verilib ki, mən hazırda Nijni-Novqorodda “Volqa”nın bazasındayam. Ona görə də yazılanlara əlavə şərh verməyimə ehtiyac yoxdur.
- “Volqa”nın mətbuat xidmətinin rəhbəri Sergey Kozunov bildirib ki, Vaqif Cavadovla müqavilə qarşılıqlı razılıq əsasında pozulub və bu barədə yaxın vaxtlarda rəsmən ictimaiyyəti məlumatlandıracaqlar...
- Mən buna inanmıram. Çünki həm o, həm də klubumuzun icraçı direktoru belə bir söz demədiklərini söyləyiblər.
- Elə isə Kozunovu dediklərini təkzib etməyə kim vadar edib?
- Kim vadar edə bilər ki... O Kozunova özüm zəng etmişəm. Mənə “Elə söz deməmişəm, sadəcə bildirmişəm ki, Vaqif Cavadov Türkiyədə deyil” söyləyib. Mən Azərbaycan mətbuatına da inanıram. Amma Kozunovun özü mənə başqa söz deyir. Hər halda, mən “Volqa”nın futbolçusuyam, bu klubla 3 illik müqaviləm var. Hazırda Nijni-Novqoroddayam və məşqlərimi davam etdirirəm. Bəli, Yeni İldə Bakıda olmuşam və istirahət etmişəm. Komandamız yanvarın 7-də bir araya gələrək, Türkiyəyə təlim-məşq toplantısına yollanıb. Mən isə həmin vaxt Bakıdan Rusiyaya yollanmışam.
- Bəs Türkiyəyə aparılmamağınıza səbəb nə oldu?
- Bakıda bəzi problemlərim var idi. Qrip xəstəliyinə yoluxmuşdum. Həm də Moskvada tibbi müayinədən keçməli idim. Türkiyəyə aparılmamağım bununla bağlıdır. Türkiyə toplanışı yanvarın 22-də yekunlaşacaq. Yanvarın 27-də komandamızla birgə Kiprə ikinci təlim-məşq toplantısına yollanacağam.
- Atanız Füzuli Cavadov deyib ki, baş məşqçi Dmitri Çerışevlə söhbətiniz olub və Siz Çerışevə “İkinci toplanışa aparılacağamsa, niyə məni birincisindən kənarda qoyursunuz?” söyləmisiniz...
- Yox, mən ilk dəfədir ki, bunu eşidirəm. Atamın belə söz deməsinə inanmıram. Baş məşqçinin özü də bu barədə heç nə bilmədiyini söyləyib. Komandamız Türkiyədən qayıtdıqdan sonra mən də kollektiv məşqlərə başlayacağam.
- Menecerlərinizdən biri Levan Silaqadze isə bir müddət əvəzedici heyətlə məşq edəcəyinizi deyib...
- Əvəzedici heyətlə məşqlərə çıxma ehtimalım var. Çünki əsas komanda qayıdanadək məşqlərimizi istər-istəməz əvəzedici heyətlə davam etdirməliyik. İnşallah, ikinci toplanışda iştirak edəcəyəm.
- Baş məşqçiniz Dmitri Çerışev Sizin çıxış etdiyiniz mövqeyə də yeni futbolçuların alınacağını bildirib. Ümumiyyətlə, rəhbərliyin Sizinlə bağlı mövqeyi necədir?
- Mövqeyimə kiminsə alınmasında problem görmürəm. Hər bir komandada kimisə alırlar, kiminləsə maraqlanırlar. O cümlədən, “Volqa”da. Özümə gəldikdə, klubla müqaviləm var və burada hər şey normaldır. Rəhbərlik müqaviləm olduğu halda məni necə kənarlaşdıra bilər? Bu, Azərbaycan futbolu deyil. Müqaviləsi olan futbolçulara deyə bilməzlər ki, sizi komandadan uzaqlaşdırırıq.
- Bakıda Azərbaycan klubları ilə danışıqlar apardığınız da bildirilir...
- Adım “Qarabağ”, “Qəbələ” və digər klublarla hallanıb. Amma mən heç bir klubla danışıqlar aparmamışam. Aparsaydım, bu barədə açıqlama verərdim. Digər tərəfdən, hazırda digər klublarla danışıqlar aparmağıma ehtiyac yoxdur. Bakıya Vətənimi görmək və ailəmlə birgə dincəlmək üçün gəlmişdim. Amma bu, o demək deyil ki, hansısa yerli klubla danışıqlar aparmışam.
- Bəs Rusiyanın digər klublarından təklif almısınız?
- Mən heç bir klubla danışıq aparmıram. Düzdür, təkliflər gəlir. Amma hələ vaxtım var, bu təkliflərlə bağlı müzakirə aparmıram.
- “Volqa”dan ayrılası olsanız, karyeranızı harada davam etdirməyi düşünürsünüz: Rusiyada, yoxsa Azərbaycanda?
- Futbolda hər şey ola bilər. Amma hazırda “Volqa”dan ayrılmağım gündəmdə deyil. Hər şey qaydasındadır.
- Deməli, Rusiya Premyer Liqasındakı fasilə başa çatdıqdan sonra Sizi yenə “Volqa”nın heyətində görəcəyik...
- Yenə deyirəm: Hər şey ola bilər. “Volqa”da olmaya da bilərəm, ola da bilərəm. Bu, futboldur. Nə olacağını bilmirəm. Bu haqda heç düşünmürəm də.
Mənbə: lent.az
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu