Moskva “Spartak”ının azərbaycanlı yarımmüdafiəçisi Emin Mahmudov yanvarın sonlarında keçiriləcək ənənəvi “Birlik Kuboku” yarışında iştirak etmək üçün Rusiya gənclər yığmasına çağırılıb. "Spartak"ın əsas heyətdə yerini mohkəmləndirə bilməyən, qış transfer fasiləsində başqa kluba icarəyə verəcəyi gözlənilən, bundan öncə Azərbaycan millisinə də dəvət edilən 20 yaşlı futbolçunun hansı ölkənin şərəfini qoruyacağını dəqiqləşdirmək istədik.
- Emin, Rusiya gənclər yığmasına dəvəti dəyərləndirəcəksən?
- Bəli, dəvət qəbul edəcəm.
- Bu, sənin Azərbaycan millisindən imtina etməyin anlamına gəlir...
- Belə alınır. Məni düzgün başa düşün. Bu qərarı verməyim asan olmadı. Bəli, mən azərbaycanlıyam. Azərbaycanı da çox sevirəm. Amma mənim futbolçu həyatım yalnız Rusiya ilə bağlıdı.
- Bu qərarı verməyində, vaxtilə U-17 yığmamıza götürülməməyin nə dərəcədə rol oynayıb? Buna görə AFFA-ya incikliyin qalıb?
- Bunu xatırlamaq istəmirəm. Ancaq həqiqətən də onda mənə qarşı düzgün hərəkət etmədilər. Açığı, o vaxt Azərbaycana dəvət alanda, "Saturn" məni buraxmaq istəmirdi. Ancaq mən hər şeyi gözə alıb, Azərbaycana gəldim. Hətta həmin vaxt klub rəhbərliyi ilə də mübahisəm oldu. Onlar Rusiyaya qayıtdıqdan sonra məni komandadan uzaqlaşdıra da bilərdilər. Bütün bunlara baxmayaraq təlim-məşq toplanışına qatıldım. Ancaq millidə gözlədiyim münasibəti görmədim. Ən azından mənə hörmətlə yanaşmalı idilər. Əvəzində isə onlar məşq zamanı məni pis söyüşlərlə təhqir edirdilər. Azərbaycanda futbolçunun gələcəyini düşünmürlər. Sən onlara bu gün lazımsan. Məşq zamanı futbolçunu o qədər yükləyilər ki, hətta adamın ürəyi də dayana bilər. Bax? bu gördüklərim, məni Azərbaycan millisindən soyutdu.
- “Spartak” da sənə Rusiya yığmasını seçmək üçün təzyiqlər etdi?
- Əlbəttə, klubdan məsləhət görürdülər ki, Rusiya yığmasından oynayım. Təklifi geri çevirsəm, bunu düzgün başa düşməzdilər. Azərbaycan millisinə getsəm, burdakı yeni qaydalara əsasən, Rusiya pasportum olsa belə, avtomatik legioner sayılacaqdım. Bu, qərarımda həlledici amil oldu. Menecerim də israr etdi ki, gələcəyim naminə Rusiyanı seçim. Razılaşdım. Bilirsiz, legioner sayılsam, “Spartak”ın əsas heyətinə düşmək şanslarım lap azalacaqdı.
- Axı onsuz da “Spartak”dan gedirsən... “Krasnodar”a keçəcəyin bildirilir.
- Hələ heç nə dəqiq deyil. Bir də, “Spartak” məni birdəfəlik satmır. Daha çox oyun vaxtı qazanmaq üçün icarəyə verir. Klubdan mənim gələcəyimə inandıqlarını deyirlər. “Krasnodar”a keçməyim isə düzgün məlumat deyil.
- Azərbaycanı çox sevdiyini deyirsən, amma millimizə gələrək bunu təsdiqləyə bilmədin...
- Əslində mən bunu çox istəyirdim. Ancaq düşünürəm ki, Azərbaycan millisində oynamayacam. Amma elə futbolçu deyiləm ki, Azərbaycan mənə görə üzülsün. Azərbaycan vətənimdi, millətimdi. Nəslimdə, yaxın çevrəmdə hamı azərbaycanlıdı. Millidə oynamasam da, ürəyim həmişə vətənimlə döyünür. Valideynlərimin hər ikisi azərbaycanlıdır. Ona görə Azərbaycanı unutmağım qeyri-mümkündü. Azərbaycanı necə sevməyə bilərəm? Məni qeyri-vətənpərvərlikə ittiham etməmişdən əvvəl, bir cavab ver görək, sən özün necə vətənpərvər olduğunu təsdiqləyə bilərsən?
- Emin, futbol vətəndaşlığını seçmək vətənpərvərliyin zirvəsi sayılmır. İnşallah, bizə Qarabağda vətən üçün şəhid olmaq nəsib olar...
- Əgər söylədiklərin yalnız sözdən ibarət deyilsə, halaldı! Mən də Azərbaycanı necə bağlı bir insan olduğumu göstərəcəm, görəcəksiz... Rusiya yığmasında oyanamağım mənim dönük olduğumu deməyə əsas vermir.
- Bilirsən, təəssüf doğuran nədir? Az qala həmişə gürcülər, elə həmin ermənilər seçim qarşısında qalanda, tarixi vətənlərini üstün tutur. Buna son nümunə kimi “Spartak”dakı oyundaşın Jano Ananidzeni və “Krasnodar”dan Yura Movsisyanı göstərə bilərik. Amma bizimkilər... Aleksandr Səmədovun ardından, sən də millimzə gəlməkdən imtina etdin.
- Bunu eyniləşdirmək lazım deyil. Nə Ananidzenin, nə də Movsisyanın Rusiya vətəndaşlığı var. Mən isə yalnız bu ölkənin vətəndaşıyam. Həyatımın çox hissəsi burada keçib.
- Bilirik ki, namaz qılırsan, dinimizə çox bağlı insansan. Müsəlman futbolçuya Rusiya yığmasının düşərgəsində yer almaq çətin gəlməyəcək?
- Yox. Mən həmişə Rusiyada oynamışam. Bununla bağlı hər hansı bir narahatlığım yoxdu.
- Sonuncu dəfə Azərbaycanda nə vaxt olmusan? Burada yaxınların qalıb?
- Dörd il əvvəl. Azərbaycan yeniyetmələr millisinə gələndə. Oada yaxınlarım çoxdu. Etiraf edim ki, Azərbaycan üçün, ordakı evimiz üçün çox darıxmışam. Vaxt tapan kimi vətənə baş çəkəcəm.
- Yeri gəlmişkən, sən Azərbaycanın hansı bölgəsindənsən?
- «Prişib»dənəm, cənubdan (indiki Göytəpə qəsəbəsi, Cəlilabad rayonu).
- Evdə ananla hansı dildə danışırsan?
- Ana dilimdə, azərbaycanca! Ailədə olur, hərdən rusca danışırıq, amma bir qayda olaraq ünsiyyətimizi öz dillmizdə qururuq.
- Hələ ailə qurmamısan, Moskvada valideyinlərinlə yaşayırsan?
- Hə. Evimiz Moskva vilayətinin Zaraysk şəhərindədi.
- Futbola qayıdaq... Azərbaycan futbolunu yaxından izləyə bilirsən?
- Çempionatla maraqlanmıram. İmkan olanda, millinin oyunlarına baxıram. Nəticələri isə daim izləyirəm.
- Bizim futbolun uğur qazanması üçün nə çatmır?
- Gənclərlə iş düzgün qurulmayıb. Əyalətdən olan futbolçulara diqqət yetirmirlər. Ancaq şəhərdəki futbolçulara fikir verirlər. Halbuki əyalətdən olanlar ailələrinin güzəranını yaxşılaşdırmaq üçün daha çox öz üzərində işləməyə can yandırır.
- Millimizin baş məşqçisi Berti Foqtsun işini necə qiymətləndirərdin? Əksəriyyət belə düşünür ki, millidə yerli mütəxəssis çalışmalıdı.
- Bilmirəm Foqtsun fəaliyyətini necə qiymət verim. Foqts səviyyədə yerli mütəxəssis tanımıram, ona görə deyə bilmərəm ki, hansı yaxşı olardı.
- Vətənində etdiklərin, sənin və ailənin simasını göstərir, Vətəndən kənardakı davranışların isə xalqının... Bu fikirlə razısan? Sən özünü Azərbaycan xalqının Rusiyada təmsilçisi sayırsan?
- Tamamilə razıyam. Bəli, mən Rusiyada Azərbaycanı təmsil edirəm.
Mənbə: “Sport-favorit” qəzeti
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı