Bakının “İnter” klubunun müdafiəçisi İlia Kandelakinin Qol.Az saytının suallarını cavablandırıb
- Bu mövsüm Unibank Premyer Liqasında komandanızın çıxışları haqda nə deyə bilərsən?
- Biz mövsümün əvvəlində çempionata pis başlamadıq. Sonradan isə daha da artıraraq, yaxşı nəticələr göstərdik. Bir çox güclü rəqiblər oyunda xal almağı bacardıq. Ümumilikdə götürəndə “İnter” yaxşı təsir bağışladı.
- Qış fasiləsinə birinci dövrənin çempionu kimi yollanmağa “İnter”ə nə mane oldu?
- Çempionatın başlanğıcında xeyli lazımlı xallar itirdik. Digər tərəfdən, bir çox qarşılaşmada müxtəlif komandalarla heç-heçə oynadıq. Düşünürəm ki, məhz bu səbəbdən biz fasiləyə lider kimi yollana bilmədik. Düzdü, “Neftçi” komandası da güclü rəqiblərini vacib qarşılaşmalarda məğlub etməyi bacardı. Məhz vacib oyunlardakı qələbələr onlara hazırda birinci pillədə olmağa kömək etdi.
- İlk “altılıq” mübarizəsində “İnter”in şanslarını necə dəyərləndirirsən?
- İlk əvvəl biz komanda olaraq təlim-məşq toplantısını yüksək səviyyədə keçirməliyik. Bu iı ilk məşqimizə də bugündən start veriləcək. “İnter” hər zaman yüksək nailiyətlər üçün mübarizə aparıb. Məncə, biz bütün rəqiblərimizlə başabaş mübarizə aparmaq gücündəyik. Bunu Premyer Liqa qarşılaşmalarında bir çox güclü komandalarla oyunda sübut etdik.
- Hansı komandanı özünüzə çempionluq yolunda əsas rəqib hesab edirsiniz?
- İlk “altılıq”da qərarlaşan bütün komandalar bizə çempionluq yolunda mane olmağa çalışacaqlar. Çünki həmin yarışma çox gərgin mübarizə şəraitində keçəcək. Bütün komandalar üçün hər qazanılan xal qızıla bərabər olacaq. Lakin əsas rəqiblərimiz kimi “Neftçi” və “Xəzər Lənkəran”ı xüsusi vurğulayardım. Onlarla çox az xal fərqimiz var.
- “İnter”lə müqavilənin müddəti nə vaxt başa çatır?
- Bu mövsümün sonu.
- Bəs, bundan sonra karyeranı digər klubda və ya başqa ölkədə davam etdirmək haqda düşünürsən?
- Hələ ki, heç bir klubla bu haqda danışığımız olmayıb. Çünki hazırda məni “İnter” maraqlandırır. Qarşıda nələr olacağını hələ deyə bilmərəm. Yəqin ki, necə olacağına yaydan sonra aydınlıq gələcək.
- Baş məşqçiniz Kaxaber Sxadadzeylə münasibətiniz hansı səviyyədədir?
- O, çox gözəl məşqçidir. Həmçinin komandası üçün yaxşı taktika qura biləcək bir mütəxəssizdir. Münasibətlərimiz isə öz qaydasındadır.
Əli HƏYATİ
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu