"Neftçi"nin sabiq baş məşqçisi yeni klubu ilə müqavilə imzalayır

"Neftçi"nin sabiq baş məşqçisi yeni klubu ilə müqavilə imzalayır
GÜNDƏM 8 Yanvar 2012 / 18:52 3732
-  A +

Bakının "Neftçi" klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko özünə yeni komanda tapıb.

Qol.Az-ın məlumatına görə, ukraynalı mütəxəssis məşqçilik karyerasını doğma vətənində davam etdirəcək. Onun sabah "Volın" klubu ilə 2+1 illik müqaviləyə imza atacağı gözlənilir.

Yanvarın 11-də "Volin" Demyanenkonun rəhbərliyi ilə təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya vilayətinə yola düşür.

Daha çox


Son xəbərlər