“Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi
- Mirça Rednik komandanızın baş məşqçi postundan istefa verdikdən sonra qalmaqallı açıqlamalar verib. Bunlarla bağlı nə deyə bilərsiniz?
- Hamısı boş-boş söhbətlərdir. Əgər o, məsələn, sizin saytınıza müsahibə versəydi, deyə bilərdiniz ki, Mirça Rednik bu fikirləri bildirib. Rumıniya mətbuatı da Rednikin “Xəzər Lənkəran”dan 300 min dollar təzminat istədiyini yazıb. Rəsmən bəyan edirəm: Bu gün “Xəzər Lənkəran”la Mirça Rednik arasında heç bir problem yoxdur. Nə maddi, nə də mənəvi tərəfdən. O, komandamızdan gedib. Bu zaman bizimlə Rednik arasında yeni müqavilə tərtib olunub. Həmin sənəddə tərəflər öz imzaları ilə təsdiqləyiblər ki, bir-birilərinə qarşı heç bir iddiaları, şikayətləri yoxdur. Nəticədə Redniklə “Xəzər Lənkəran” arasındakı müqaviləyə xitam verilib. Vəssalam!
- Rednik adından verilən açıqlamada bildirilir ki, “Xəzər Lənkəran” rəhbərliyi rumıniyalı baş məşqçinin qarşısına 2 şərt qoyub: Ya özü istefa verməli, ya da kollektiv daxilində problemlər yaradan futbolçuları kənarlaşdırmalıdır...
- Mən inanmıram ki, Rednik belə primitiv sözlər desin. Rəhbərlik heç bir əlavə şərt qoymur. Yalnız bir şərt irəli sürür: Baş məşqçi kimliyindən asılı olmayaraq, nəticə verməlidir. Baş məşqçinin işi komandasına gözəl oyun nümayiş etdirərək, qələbələr, ölkə çempionluğu və kuboku qazandırması, Avropa kuboklarında uğurla çıxış etməkdən ibarətdir. Deyərdim ki, Rednikə digər məşqçilərdən də yüksək səviyyədə dəstək verilib. Ona dəstək verilmədiyini deməsinə inanmıram. Şərt qoyma məsələsinə gəldikdə, “Xəzər Lənkəran” peşəkar klubdur və burada baş məşqçinin işinə qarışmırlar. Əksinə, ona lazımi şərait yaradılır. Amma 6 oyuna 18 yox, 5 xal toplanılırsa, bu, nədənsə xəbər verir. Əlbəttə, rəhbərlik bunun izahatını baş məşqçidən tələb etməlidir. Yəni, turnir cədvəlinə uzun müddət başçılıq etmiş komanda nəyə görə geriyə gedir. Məşqçilər korpusu və futbolçuları da nəzərə alaraq, özü də etiraf etdi ki, ən yaxşısı baş məşqçi postundan istefa verməkdir. Kiminsə şərt qoyması kimi iddiaların hamısı primitiv söhbətlərdir.
- Bəs “Neftçi”yə məğlubiyyətdən sonra komanda üzvlərinin və baş məşqçinin cərimələnməsi haqda açıqlamalarla bağlı nə deyə bilərsiniz?
- Klubumuzun bütün əməkdaşları, futbolçuları və məşqçiləri üçün cərimə və nizam-intizam sanksiyaları var. Amma inanın ki, o oyunlara görə məşqçilər korpusu heç bir cərimə sanksiyasına məruz qalmayıb. Yəni, heç kim cərimə olunduğunu deyə bilməz. Məhz Rednikin baş məşqçi olduğu dövrdə 30-dək futbolçu ilə transfer müqaviləsi bağlamışıq. Rəhbərlik tərəfindən Rednikə dəstək verilmədiyini kim deyirsə, aydın məsələdir ki, o, ya qərəzli danışır, ya da kiminsə sifarişini yerinə yetirir. Bir sözlə, səmimi danışmır.
- Rednik nə vaxt gözünüzdən düşdü?
- O, mağazada satıcı işləmirdi ki, bizim gözümüzdən düşə və ya qalxa... Mirça Rednik baş məşqçimiz idi. Baş məşqçinin gözdən düşmə və ya qalxma söhbəti olmur. Baş məşqçi dəvət olunub, klub prezidenti onunla müqavilə imzalayıb. Bu adam da işləyib. Müqavilə şərtlərini o da, biz də yerinə yetiririk. Sadəcə, baş məşqçi gəlib “Bağışlayın, mən nəticə verə bilmirəm” deyirsə və çıxıb getmək istəyirsə, aydın məsələdir ki, biz də buraxırıq, çıxır gedir. Burada gözdən düşmə, yüksəlmə kimi söhbətlər cəfəngiyyatdır.
- Hər halda “Neftçi”yə 0:5 hesablı məğlubiyyətin klub rəhbərliyinə çox pis təsir etdiyi hiss olunurdu. Yəqin ki, bu, Rednikin getməyində az rol oynamadı...
- Yenə deyirəm: “Xəzər Lənkəran”ın Premyer Liqada birdən-birə aşağı səviyyədə çıxışı əsas rol oynadı.
- Elə isə yayda Avropa Liqasının II təsnifat mərhələsində İsrail “Makkabi”sinə məğlubiyyətdən sonra çıxıb gedən Rednikin istefasını niyə qəbul etməmişdiniz?
- Birincisi, o, yayda rəsmən istefa verməyib. Biz onun istefa ərizəsini görməmişik. Nə də bizə “getmək istəyirəm” deməyib. Ordan-burdan eşitmişik. Sadəcə, yayda Avropa Liqasındakı uğursuzluqla bağlı belə söz-söhbətlər yayılmışdı. Burada başqa bir şey yoxdur.
- Rednik istefa verdikdən sonra da Bakıda qaldı. Bu isə onun “Xəzər Lənkəran”dan təzminat istədiyi barədə söz-söhbətlərə səbəb oldu...
- O, təzminat istədiyini nə mənə, nə də sizə deyib. Kimsə Rednikin adından danışırsa, onun vəkili və ya mətbuat sözçüsü olmağına dair sənəd göstərsin. Aydın məsələdir ki, bunlar boş-boş söhbətlərdir. Rednikin üzünə qapımız həmişə açıqdır, bizim qonağımızdır. Biz də onun yaşadığı yerə gedəndə evini tanıyırıq. Niyə qaldığı və yenə nə vaxt bura gələcəyi barədə bir söz deyə bilmərik. Müqaviləyə xitam verilsə də, biz onun yol pulunu da, qalma xərclərini də ödəyə bilərik. Bu, problem deyil. Rednik bizim dostumuzdur.
- İndiyədək rumıniyalı xanım menecer Anna Mariya Prodandan futbolçu almısınız? Almısınızsa, Mirça Rednik vasitəsiləmi, yoxsa birbaşa Prodanın özü ilə danışıq aparmısınız?
- “Xəzər Lənkəran” klubunda futbolçunu bəyənən də, heyətdən uzaqlaşdıran da baş məşqçidir. İndiyədək bütün baş məşqçilərimizin fəaliyyəti dövründə belə olub. Sırf o, dəvət edib, məşqçilər korpusu bəyənib, klub prezidentinə müraciət edib, müqavilə şərtləri danışılıb və rəsmi sənədə imza atılıb. Futbolçunu təklif edənin menecer və ya agent olmasının fərqi yoxdur. Futbolçu dəvət etmək yalnız baş məşqçinin səlahiyyətindədir. Bununla bizim klubda digərlərindəki kimi klub əməkdaşları məşğul olmur.
- Bəs Prodanla kimin əməkdaşlıq etdiyini araşdırmamısınız?
- Anna Mariya “Xəzər Lənkəran”a gələnlərin faiz nisbəti ilə 20 faizinin meneceri olub. Əksinə, o, bizim futbolçularımızla müqavilə bağlamaq istəyirdi. Bunlardan biri Uinston Parks idi. Parksı başqa agent vasitəsilə dəvət etmişdik. Qışda Prodan onunla müqavilə bağladı. Hətta o, klubumuzda çıxış edən bəzi futbolçularla məhz bizdə oynadıqları vaxt tanış olub və müqavilə imzalayıb.
- Onunla əməkdaşlığı davam etdirəcəksiniz?
- Sonuncu dəfə Prodanla transfer işlərini qışda həyata keçirmişik.
- Yeni baş məşqçiniz Cüneyt Biçərin transfer siyasətində hansı futbolçular önəmli yer tutacaq? Yəni, qış transfer siyasətində hansı amillərə diqqət yetirəcəksiniz?
- Biçərədək transfer siyasətimiz necə olubsa, elə də davam edəcək. O, hansı mövqeyi gücləndirmək, hansı futbolçularla vidalaşmaq istəyəcəksə, klubumuzun prezidentinə müraciət edəcək və müvafiq qərar veriləcək. Sadəcə, bu gün “Xəzər Lənkəran”da yetərincə yaxşı futbolçu var. Hansısa mövqeyi gücləndirmək lazım gələrsə, oyunçu alınacaq. Sadəcə, yayda klubumuzun transfer siyasətində bir dönüş olub. Bu da ondan ibarətdir ki, tədricən legionerlərin sayı azaldılsın, yerlilərə daha çox üstünlük verilsin. Allaha şükür, bu gün “Xəzər Lənkəran”da gənc futbolçular böyüməkdə, peşəkarlaşmaqdadırlar, artıq əsas heyətdə yer alırlar. AFFA-nın təşkil etdiyi çempionatda 17 yaşlılardan ibarət komandamız məğlubedilməzdir. Onlar sırf “Xəzər Lənkəran”da yetişən futbolçulardan ibarətdir. Onlar yaxın gələcəkdə əsas komandamızda yer alacaqlar və klubumuzu yeni-yeni uğurlara daşıyacaqlar.
Mənbə: Lent.az
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi
"Roma" yeni stadionunun planını təqdim etdi - Şəkil
AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı
Dembele ilin idmançısı seçildi
Sxadadze 4 oyunluq cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Prezident bu idmançılara mənzil hədiyyə etdi
İlham Əliyev ilin idman tədbirində - Yenilənib
“Belə olmaz, yerli məşqçilərə güvənməliyik”
Qurban Qurbanov bu ayrılığa razılıq vermədi
Millimizin sabiq futbolçusu Türkiyədə həbs olundu
Baxşıyev "Araz Naxçıvan"ı təkzib edir - Klubda nə baş verir?
Eks "Qarabağ"lı bu klubun baş məşqçisi oldu
Milli komandada yeni bombardir
"Araz-Naxçıvan" Elmar Baxşıyevi istefaya göndərdi - Rəsmi
İlin ən yaxşı futbol hakiminin adı açıqlandı
Alaba ilə müqavilə uzadılmayacaq
Alonsonun yerinə əsas namizəd odur
İngiltərə Premyer Liqasının ən yaxşı futbolçuları
Keçmiş federasiya prezidenti axtarışa verildi
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...