«Qarabağ» klubu futbolçularını milli komandamızın bu gün başlanan seleksiya-xarakterli təlim-məşq toplanışına buraxmayıb.
Qol.Az-ın məlumatına görə, Berti Foqts Maksim Medvedyev, Qara Qarayev və Bəxtiyar Soltanovu milliyə çağırsa da, baş məşqçi Qurban Qurbanov onları komandanın düşərgəsinə buraxmaqdan imtina edib.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az-ın müxbiri ilə söhbətində məlumatı təsdiqləyib. O qeyd edib ki, «Qarabağ»ın belə bir addım atmasına ilk növbədə bu hazırlıq prosesinin PFL-in təqvimində nəzərdə tutulmaması səbəb olub: «Digər tərəfdən, biz bu həftə səfərdə «Xəzər Lənkəran»la qarşılaşacağıq. Dekabrın 8-də komanda Lənkərana yola düşür. Əsas oyunçularımız olan Maksim, Qara və Bəxtiyarı ağır oyun gözləyir. Nəzərə alaq ki, qarşıdakı matçda müdafiəçimiz Rəşad Sadıqov zədəli olduğundan iştirak edə bilməyəcək. Bu səbəbdən futbolçularımızın budəfəki toplanışdan azad olunmasını xahiş etdik».
N.İbrahimov məsələylə bağlı üç gün əvvəl AFFA-ya məlumat verdiklərini bildirib: «Onlar bizim bu müraciətimizi anlayışla qarşıladılar».
«Qarabağ»la yanaşı «İnter» klubu da futbolçularını millini toplanışına buraxmayıb. Klubun direktor müavini Səbuhi Səfiryarlı Qol.Az-a bildirib ki, toplanışa dəvət olunan «İnter»in beş futbolçusundan cəmi ikisi - Səlahət Ağayevlə Elnur Abdullayev hazırlıq prosesində iştirak edir: «Son vaxtlar çempionatda ağır oyunlar keçirdiklərinə və növbəti turda «Qəbələ»ylə qarşılaşacağımıza görə əsas heyətin üç oyunçusu - Nizami Hacıyev, Arif Daşdəmirov və Samir Zərgərovun bu hazırlıq prosesindən azad olunmasını xahiş etdik. AFFA bu xahişimizi yerinə yetirdi».
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video