AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov dünən Premyer Liqada keçirilən «Turan» - «Qarabağ» matçından sonra görüşün baş hakimi Rauf Cabbarov və yan xətt hakimi Coşqun Həsənovun döyülməsi faktına münasibət bildirib.
Qol.Az-ın müxbirilə söhbətində o deyib ki, matçdan sonra hakimlər soyunub-geyinmə otağının qapısını açarkən artıq orada 2-3 nəfər hakimləri gözləyirmiş: «Qapının açarı hakimlərin özündə olub. Bu halda ortaya sual çıxır, bu silləvuranlar ora hansı yolla daxil olub? Şübhə yeri qalmır ki, hakimləri döyənlər sıravi azarkeş yox, «Turan»ın öz adamları olub».
X.Məmmədov bildirib ki, həmin şəxslər Coşqun Həsənovun başını stəkanla yarıblar, Rauf Cabbarovun burnuna isə zədə yetiriblər: «Hadisədən sonra hakimlərə tibbi yardım göstərilib. Sonra polis idarəsində izahatları alınıb. Hazırda hüquq-mühafizə orqanları baş verənləri araşdırır. AFFA İntizam Komitəsinin isə «Turan»la bağlı qərarı çox güman ki, sərt olacaq. Bu, vəhşilikdən başqa bir şey deyil. Neçə oyundur ki, «Turan» çempionatda problem yaradır. Məncə, bütün bunlar klubun daxilindən də idarə oluna bilər»
X.Məmmədov «Turan»ın bundan əvvəl kubok oyununu yarımçıq tərk etdiyini xatırladıb: «Bundan 4 gün sonra isə Tovuzda belə bir hadisə baş verir. Hakimlərin idarəçiliyinə heç bir irad yoxdur, ola da bilməz. Amma onları döyüblər. Mən kubok oyununda baş verənlərlə dünən yaşananlar arasında hansısa bağlılığın olduğunu istisna etmirəm. Burada kiminsə məqsədi ola bilər».
X.Məmmədov qeyd edib ki, hakimlər döyülən zaman polis yaxınlıqda olub: «Onlar baş verənləri görsə də, yardım etmək əvəzinə hadisə yerindən uzaqlaşıblar. Baş verənləri sübut edən görüntülər var və bunlar Daxili İşlər Nazirliyinə təqdim olunacaq».
«Turan»ın yaşanan olaylara görə polisi günahkar çıxarmasına barədə bəyanatına toxunan X.Məmmədov bunları söyləyib: «Klub çox şey deyə bilər. Baş verənlərə görə məsuliyyəti ilk növbədə «Turan» klubu daşıyır. Stadionda təhlükəsizliyə görə birinci növbədə klub cavabdehdir. Əgər bunu təmin edə bilmirlərsə, orada oyun keçirmək olmaz».
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video