Moskvanın «Dinamo» klubunun azərbaycanlı futbolçusu Aleksandr Səmədov Rusiyanın «Sport-Ekspress» qəzetinə müsahibə verib. Qol.Az-ın məlumatına görə, Səmədov müsahibədə növbəti dəfə Azərbaycan millisinə dəvət alması haqda danışıb
- Bu il siz çox səbr etdiniz və sonda Rusiya millisinə dəvət aldınız. Amma sizi fəal şəkildə Azərbaycan millisində də oynamağa çağırırdılar. Bu təklifə ciddi olaraq baxmışdınız?
- Təkliflər 2004-cü ildən başlamışdı. Düz yeddi il məni ora çağırırdılar. Həmişə bunu fikrimdə tuturdum, amma bilirdim ki, qəbul etməyəcəyəm. Bu, həm Rusiya millisində oynamaq istəyindən, həm də Rusiya vətəndaşı olmağımdan irəli gəlir.
- Sizə axırıncı dəfə Azərbaycandan nə vaxt zəng ediblər?
- Bu il. Həttə bura da gəlmişdilər, söhbət etdik. Amma bunda heç bir məna yox idi.
- Birinci dəfə sizi Rusiya millisinə dəvət edəndə bəzi qəzetlər yazdılar ki, bunu Azərbaycan yığmasında oynamağınızın qarşısını almaq üçün ediblər.
- Kimsə belə fikirləşirsə, bu, onun hüququdur. Mən buna çox sakit yanaşıram.
- Bu doğrudur ki, milliyə düşmək üçün hətta istirahət günləri də bazaya gələrək məşq etmisiniz?
- Həqiqətən getmişəm. Maraqlıdır, siz bunu haradan bilirsiniz? Əslində bizim italiyalı fizioteropevtimiz demişdi ki, əgər meydanda 90 dəqiqə özünü normal hiss etmək istəyirsənsə, o zaman fiziki tərəfdən artırmalısan. Mən məhz onun məsləhəti ilə istirahət günləri bazaya gəlirdim. Və bunu milliyə düşmək üçün yox, klubumda daha yaxşı oynamaq üçün edirdim.
- Rusiya millisindən dəvət almaq ümidinizi üzdüyünüz an olub?
- Mən həmişə buna sakit yanaşmışam. Artıq «səni bu dəfə də milliyə dəvət etməyiblər. Heyfsləndin?» kimi suallara öyrəşmişdim. Mən də mənfi cavab verirdim, bir müddət sonra isə buna ümumiyyətlə, reaksiya vermədim.
- Semşovdan maraqlanmadınız ki, sizi milliyə niyə çağırmayıblar?
- Belə bir fikrim də olmayıb. Siz bunu necə təsəvvür edirsiniz, İqor Advokata yaxınlaşıb soruşur: Səmədovu milliyə niyə götürmürsünüz?
- Milliyə dəvət alanda yəqin sakitləşdiniz.
- Mən o zaman bankdaydım. Müxbir zəng edib milliyə dəvət aldığımı dedi. Mən ona təşəkkür etdim və işlərimi davam etdirməyə başladım. Sonra Semşov və digər futbolçular zəng edib təbriklərini çatdırdılar.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video