Britaniya mətbuatı: Toni Adams Arsen Vengeri əvəzləyə bilər

Britaniya mətbuatı: Toni Adams Arsen Vengeri əvəzləyə bilər
GÜNDƏM 19 Noyabr 2011 / 19:40 3213
-  A +

Britaniya mətbuatı Toni Adamsın “Qəbələ” klubunun baş məqşçisi vəzifəsindən istefa verməsiylə bağlı yazı dərc edib.

Qol.Az-ın məlumatına görə, bleacherreport.com saytında dərc olunan yazıda Toni Adamsın uzun illər kapitanı olduğu Londonun “Arsenal”klubunun baş məşqçisi vəzifəsinə gəlməsi ehtimalı irəli sürülüb. Yazı müəllifi bildirir ki, “Arsenal”ın hazırkı baş məşqçisi Arsen Venger bu yaxınlarda Fransanın “L`Equipe` jurnalına verdiyi müsahibədə London klubundakı işinin tezliklə sona çatacağına eyham vurub.

“O deyir ki, keçən mövsüm “Arsenal”da karyerasının ən pis dövrünü yaşayıb. Venger gənc oyunçular Sesk Fabreqas və Samir Nəsrinin klubu tərk etməsinin ona çox pis zərbə vurduğunu qeyd edib. Venger daha sonra jurnala açıqlamasında “bir şeyin sona yaxınlaşdığını hiss edəndə həqiqətən pis olur” deməklə yaxın zamanlarda “Arsenal”ı tərk edəcəyinə işarə edib” – deyə yazıda bildirilir.

Qeyd edilir ki, Adams “Qəbələ” klubundan Vengerin mümkün istefasına görə istefa verə bilər: “Adams həmişə nə zamansa “Arsenal”a baş məşqçilik etməyin xəyalını qurub. O dəfələrlə belə bir arzusunun olduğunu öz müsahibələrində bildirib”.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq