Sabah Premyer Liqanın 13-cü turu çərçivəsində “Xəzər Lənkəran” öz meydanında “Rəvan” klubunu qəbul edəcək.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu həftə Lənkəranda üz-üzə gələcək komandalardan heç biri ötən tur qələbə qazana bilməyib.
“Xəzər Lənkəran” səfərdə “Neftçi”yə böyük hesabla məğlub olduğu halda, “Rəvan” evdə “Simurq”la heç-heçə edib.
Qarşıdan gələn matç “Xəzər Lənkəran” üçün mövsümdə yeddinci ev oyunu olacaq. Buna kimi keçirilən altı oyunun hamısında komanda qələbə qazanıb. Bu görüşlərdə rəqib qapısından 10 top keçirilib, 3 dəfə isə qonaq komandalar fərqlənib.
“Rəvan” da bu şənbə yeddinci səfər oyununa çıxacaq. Geridə qalan altı oyunun ikisində məğlub olan paytaxt klubu, bir dəfə heç-heçə edib. Son turlarda nəticələrini xeyli yaxşılaşdırmış “Rəvan” ardıcıl üç son səfər oyunundan qalib ayrılıb. Maraqlıdır ki, bu komanda hazırkı mövsümdə yalnız səfərdə qələbə qazanmağa nail olub.
Bu il Premyer Liqaya vəsiqə qazanmış “Rəvan” ilk dəfə məhz bu həftə “Xəzər Lənkəran”la Lənkəranda qarşılaşacaq. İlk dövrənin oyununda bu komandalar arasında “Dalğa Arena”da baş tutmuş oyun isə heç-heçə ilə yekunlaşıb. Rəqibin ilk hissədə vurduğu qola fasilədən sonra Katalin Doman cavab vermişdi – 1:1. “Rəvan”la həmin oyun bu mövsüm Lənkəran təmsilçisinin xal itirdiyi ilk qarşılaşma olub.
Oyunçulara gəldikdə isə Elvin Beqiri artıq məşqlərə qoşulsa da, onun növbəti oyunda iştirak etməyəcəyi daha inandırıcı görünür. Həmçinin Kamran Ağayev və Julius Vobay hələ də zədəlilər siyahısındadırlar. Bundan əlavə Deyan Rusiçin də növbəti oyunda oynaması sual altındadır.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video