Ceyhun Sultanov: "Bu məsələni şişirtməyə ehtiyac yoxdur"

Ceyhun Sultanov: "Bu məsələni şişirtməyə ehtiyac yoxdur"
GÜNDƏM 8 Noyabr 2011 / 12:40 2744
-  A +

“Bakı” ilə oyunda normal futbol nümayiş etdirdik.Sadəcə, rəqib futbolçular yaratdığı real qol imkanlarından maksimum yararlanmağı bacardı. Qarşılaşma zamanı bəzi səhvlərə yol verərək, erkən qol buraxdıq. Məncə, qapımızdan belə tez qol buraxmasaydıq, oyunun sonluğu tam başqa cür olacaqdı”.

Qol.Az-ın müxbiri ilə söhbətdə bu sözləri “Kəpəz” klubunun futbolçusu Ceyhun Sultanov deyib.
 
Sultanov deyib ki, bəzi insanlar “Bakı”ya məğlubiyyətimizi ilk oyunda rəqib üzərində inamlı qələbə qazandığımız üçün, meydana arxayın çıxmağımızla əlaqələndirir: “Lakin, bir neçə görüşdür ki, qələbəyə həsrət qaldığımızdan, oyuna necə arxayın çıxa bilərdik? Arxayınçılıqdan söhbət belə gedə bilməz. Bu, qələbəsizlik sindromunu qırmaq üçün qələbə qazanmağımız mütləq idi”.

Hücumçu matçın hazırlıqları zamanı komandanın məşqçisi Vidadi Rzayevlə aralarında yaranan anlaşılmazlığa da münasibət bildirib: “Məşq prosesi zamanı aramızda kiçik insident baş verdi. Bir-birimizi düzgün başa düşmədiyimizdən mübahisə etdik. Sonra hər şeyə aydınlıq gətirərək mübahisəyə son qoyduq. Bu məsələni şişirtməyə ehtiyac yoxdur”.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq