Qrup mərhələsinin 2-ci turunda ən maralı matç Münhendə olacaq. “Alyans Arena”da Almaniya nəhəngi “Bavariya” İngiltərə futboluna yeni nəfəs gətirən “Mançester Siti”ni qonaq edəcək.
“Bavariya” Çempionlar Liqasına İspaniyada “Vilyareal”ı məğlub etməklə uğurlu start götürsə də, “Mançester Siti” evdə “Napoli”nin müqavimətini qıra bilməyərək 1 xalla kifayətlənməli olmuşdu. Bu oyundakı qələbə Almaniya təmsilçisinin növbəti qrup mərhələsinə yolunu bir qədər də açacaq. Hər 2 klub son ölkə çempionatı oyununda uğurlu nəticə əldə etməyi bacarıb.
“Bavariya” çox rahat şəkildə “Bayer” Leverkuzeni 3:0 hesabı ilə məğlub etdiyi halda “Mançester Siti” “Everton”u 2:0 hesabı ilə üstələyib. “Play-off” mərhələsindən qruplara vəsiqə qazanan alman klubu keçirdiyi son 3 oyunun hamısında qələbə qazanmaqla yanaşı qapısının da toxunulmazlığını saxlamağı bacarıb.
Oyundan əvvəl tərəflərin aparıcı isimləri maraqlı açıqlamalarla yadda qalıb. “Mançester Siti”nin hücumçusu Edin Dzeko oyunda almanların favorit olduğunu söyləyib: “Bavariya” evdə oynayır və onların böyük təcrübəsi var. Lakin biz müqavimət göstərməyə çalışacağıq”. Fransız futbolçu Frank Riberi də rəqib komandanın üzvü Djeko ilə həmrəydir: “Doğma meydan, möhtəşəm azarkeş və gözəl oyun. Bizi uğura daşıyan vacib amil bunlardır. Qələbə qazanıb yolumuza davam edəcəyik”.
“Mançester Siti”nin italyan baş məşqçisi Roberto Mansini isə rəqiblərinin hazırda formada olduğunu bildirib: “Bavariya” hazırda dünyanın ən güclü klublarından biridir. Maraqlı oyun keçəcəyinə əminəm. Bu qarşılaşmada fərqli bir oyun ortaya qoymağa çalışacağıq. “Bavariya” hücum futbolu oynayacaq. Biz də onlara cavab verməyə çalışacağıq. Əminəm ki, açıq futbol gedəcək və azarkeşlər də oyundan zövq alacaqlar”.
Futbolun bəzəyi qoldur. Ekspertlər bu oyunda hər 2 komanda tərəfindən qolların vurulacağını düşünürlər və oyunda üst nəticə gələcəyini proqnozlaşdırırlar. Oynadığı futbola və səviyyəsinə görə isə “Bavariya”nın qələbə qazanacağını düşünənlər daha çoxdur. Ancaq həmişə olduğu kimi futbol sürprizləri sevir. Ən önəmlisi “Alyans Arenada”kı gecədə azarkeşlərin futboldan zövq almalarıdır.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”