Azərbaycanda qanunsuz olaraq lotereya və idman mərc oyunlarını təşkil edənlərin və keçirənlərin cinayət məsuliyyətinə cəlb olunması təklif edilib.
Qol.Az-ın "Trend"ə istinadən yaydığı xəbərə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib ki, parlamentdə Cinayət Məcəlləsinə bununla bağlı 192-1-ci maddə əlavə edilməsi müzakirə olunacaq.
Ç.Qənizadənin sözlərinə görə, qeyd olunan cinayətlər təkrar, külli miqdarda ziyan vurulduqda, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə isə cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə və ya 1 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılması təklif olunur.
İnzibati Xətalar Məcəlləsinə (İXM) təklif olunan əlavə və dəyişikliklərdə qanunsuz olaraq lotereyanın və idman mərc oyunlarının buna hüququ olmayan şəxs tərəfindən və qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan təşkili və ya keçirilməsinə görə 1500 manatdan 2 min manatadək cərimə nəzərdə tutulur.
Qumar oyunu ilə bağlı İXM-in 309-cu maddəsi də yenidən işlənib.
Qumar oyununda iştirak etmək, yəni qumar oynamağa görə oyun ləvazimatı, qumara qoyulmuş pul vəsaiti və ya digər əmlak müsadirə edilməklə 400-600 manat cərimə nəzərdə tutulur.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”