İspaniyanın "Barselona" klubunun nəzdində keçirilən intensiv Yay Futbol Məktəbinin hazırlıq prosesində iştirak edən "Neftçi"nin futbolçusu Fəhmin Muradbəyli Bakıya qayıdıb.
Qol.Az-ın məlumatına görə, dünyanın müxtəlif ölkələrindən olan 75 futbolçunun çıxış etdiyi turnirə yeganə azərbaycanlı kimi qatılan Muradbəyli 15 qolla ən yaxşı bombardir olub. 15 yaşlı istedadlı hücumçu klubun rəsmi saytına müsahibə verib.
- Fəhmin, futbola necə gəlmisən?
- Atam bu idman növünə olan marağımı görüb, 8 yaşım olanda məni futbola yazdırdı. İlk məşqçim Elnur Zeynalov olub. Ondan sonra Muxtar Şərifov və İsa Fərzəliyevin rəhbərliyi altında "Təhsil" komandasında oynamışam. Bu komanda ilə Bakı Futbol Federasiyasının təşkil etdiyi "Sabahın ulduzları" turnirində iştirak etmişəm.
- Bəs, "Neftçi"də oynamaq şansını necə qazandın?
- Futbolda uğurlarım "Neftçi"nin adı ilə bağlıdır. "Sabahın ulduzları"nda daim yaxşı çıxış etdiyimdən, 2008-ci ildə bura dəvət olunmuşam. Futbolçu kimi yetişməyimdə "Neftçi"nin və məşqçi İslam Kərimovun əməyi böyükdür. Buna görə, "Neftçi" PFK-nın rəhbərliyinə təşəkkürümü bildirirəm. Məhz "Neftçi"də oynayarkən, U-16 yığmasına dəvət almağa başlamışam.
- İyulun 31-dən avqustun 12-dək İspaniyanın Barselona şəhərində oldun. Bu səfər necə baş verdi? Hazırlıq prosesləri, oyunlar haqda fikirlərini bildirərdin.
- "Neftçi" klubunun rəhbərliyi biz yeniyetmə futbolçulara hər zaman diqqət və qayğı göstərir. Bunun məntiqi nəticəsidir ki, Barselonada Azərbaycan yalnız "Neftçi" ilə təmsil olunurdu. Məşqlərimiz "Barselona" klubunun akademiyasında olurdu. Gündə iki dəfə məşq edirdik, daha çox toplu çalışmaları yerinə yetirirdik. Dünyanın müxtəlif ölkələrindən – Fransa, ABŞ, Argentina, İsveçrə, Belçika, Rusiya, Almaniya, İngiltərə və digər yerlərdən futbolçular iştirak edirdi. Oyunçular 13-14 və 15-17 yaş qrupu ilə iki hissəyə bölünmüşdülər. Hər 10 futbolçunu 1 məşqçi hazırlaşdırırdı. Onlar "Barselona"nın akademiyasının məşqçiləri idi.
- Barselonada Azərbaycanı təmsil edən yeganə futbolçu idin. Digər oyunçular hansı ölkə və klublardan gəlmişdilər?
- Müxtəlif ölkələrin klublarından uşaqlar var idi. Fransanın "Marsel", "Lion", İtaliyanın "Roma", "Fiorentina", İngiltərənin "Mançester Siti" klublarından da futbolçular gəlmişdilər.
- Sənin kimi, öz ölkəsinin milli komandasının şərəfini qoruyan futbolçular var idi?
- Futbolçulardan bir çoxu yığma üzvü idi. "Mançester Siti"nin oyunçusu İngiltərənin U-15 millisində top qovurdu. Həmçinin, Fransa, Polşa, Koreya və Yaponiyadan olan futbolçular yığma üzvləri idi.
- Barselonada meydana çıxdığın oyunlar haqda nə deyə bilərsən?
- Orada futbolçunun iştirakı ilə komandalar yaradıb, turnir keçirdilər. Mən komandanın heyətində 5 oyunda 15 qol vuraraq, yarışın ən yaxşı bombardiri oldum.
- Yəqin ki, məşqçilər sənin oyunun haqda yüksək fikirdə idilər. Hər halda, 15 qolla bombardir oldun.
- Məşqçilər 4-5 uşağı xüsusi fərqləndirirdilər ki, bunlardan da biri mən idim. Azərbaycandan belə bir futbolçu çıxdığına inanmırdılar. Mən onlara dedim ki, bizdə belə futbolçular çoxdur. Məşqçilər ilk oyundan sonra qol duyumumu görüb, məni yalnız hücumda oynatdılar.
- "Barselona" klubunun bazasında oldun?
- Akademiya "Barsa"nın bazasının yaxınlığında yerləşirdi. Bazada oldum, üstəlik, klubun muzeyinə də baş çəkdim. Kataloniya klubunun məşhur futbolçularından Daniel Alveş, Pike və Maksvellə görüşdüm.
- Oradan maraqlı xatirə kimi nə yadında qaldı?
- Bir dəfə akademiyada "Neftçi"nin formasını geyindim. Məşqçi uzaqdan "ağ-qara" geyindiyimi görən kimi, dərhal mənə yaxınlaşıb, təəccüblə "Real"ın formasıdır?" - deyə soruşdu. Cavab verdim: "Xeyr! Bu, mənim doğma komandam "Neftçi"nin "futbolkasıdır". Bir də maraqlıdır ki, orada məşqçilər, futbolçular, otelin işçiləri, bir sözlə hamı məni xarici görünüşümə görə "Barselona"nın yetirməsi - serb futbolçu Boyan Krkiçə bənzədirdi. Meydançada onun kimi hərəkət elədiyimi deyənlər də vardı.
Bu ilin ən çox qazanan futbolçuları kimlər oldu?
"Dünyanın ən yaxşı hücumçularından biridir"
"Arsenal" yenidən lider oldu
"Real" hələ də ideal əvəzləyicini tapa bilmir
Ronaldo dubl etdi, komandası qələbə seriyasını qorudu
"Neftçi" Ukrayna klubunun futbolçusu ilə maraqlanır
Zirkzeyə "Roma"dan təklif gəldi
"Neftçi"nin futbolçusu oynadı, yığması qələbə qazandı
"Mançester Siti" liderliyə yüksəldi
"Fiorentina" səfərdə məğlub oldu
"Marsel" hücum xəttini gücləndirmək üçün hərəkətə keçdi
"Mançester Siti" onu satışa çıxardı
"Milan"dan Menyana rəsmi təklif
"Napoli" "Real"ın bu futbolçusunu istəyir
Qvardiola mümkün transferlər haqda
Bir oyun belə keçirmədən yeni klubunda rekorda imza atdı
"Barselona"nın yeni müdafiəçi planı
Bellinqem üçün sərvət ödəməyə hazırdırlar
"Yuventus"da Kenan Yıldız sevinci
Millimizin üzvləri uşaq sığınacağını ziyarət etdilər
“Real” Zidanı qaytarırmı?
Federasiya prezidentinə qarşı korrupsiya ittihamı
İlin ən yaxşı məşqçilərinin reytinqi
"Mançester Yunayted"in qələbə qolu - Video
Mərakeş qələbəni əldən verdi
“Mançester Yunayted” “Nyukasl”ı məğlub etdi
Salahın qolu Misirə qələbə qazandırdı - Video
“Traktor” səfərdə xal itirdi
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir