Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun da şərəfini qoruduğu Rusiyanın "Volqa" klubu Premyer Liqanın 19-cu turu çərçivəsində "Rostov"la qarşılaşıb.
Qol.Az-ın məlumatına görə, "Volqa"nın 0:1 hesabı ilə məğlub olduğu oyunda həmyerlimiz Vaqif Cavadov da iştirak edib.
Matçın 60-cı dəqiqəsində meydana daxil olan Vaqif 71-ci dəqiqədə rəqibin hücumunun qarşısını kobudluqla aldığına görə sarı vərəqə ilə cəzalandırılıb.
Lakin daha sonra isə rəqib futbolçu Vaqifə qarşı kobud oynayıb. Həmin epizoda etirazını bildirən Vaqif baş hakimdən vərəqə tələb edib ki, hakim də onun bu istəyini reallaşdırıb. Matçın baş hakimi futbolçunu kobud oyununa görə sarı vərəqə ilə cəzalandırıb.
Oyunun 83-cü dəqiqəsində isə rəqibin digər futbolçusu - Anis Boussaidi Vaqifə qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Cavadovun komandasının məğlub olmasına baxmayaraq, həmyerlimizin oyunu 5,5 balla qiymətləndirilib ki, bu da komandanın futbolçularına verilən ən yüksək olub.
Yuxarı
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı