Elxan Məmmədov millinin baş məşqçiləri ilə görüşdü (FOTOLAR)

XƏBƏR 5 Avqust 2011 / 14:32 2046
-  A +

Bu gün AFFA-nın Futbol Akademiyasında  yığma komandaların məşqçilərinin görüşü keçirilib.

Qol.Az-ın məlumatına görə, görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək ölkəmizdə futbolun inkişaf etdirilməsi üçün assosiasiyanın nəzərdə tutduğu 3 əsas prioritetin – kütləvilik, infrastruktur və təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərin nəticəsi barədə ətraflı məlumat verib.

Qeyd olundu ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığı sayəsində 2008-ci ildən başlayaraq bu istiqamətdə görülən müvafiq  işlər mütəmadi surətdə davam etdirilir. Hər 3 prioritet üzrə qazanılan uğurlara konkret faktlarla toxunan baş katib belə bir fikir mübadiləsinin aparılmasını təqdirəlayiq hal hesab edib.

Milli komandanın baş məşqçisi Berti Foqts və AFFA-nın texniki direktoru, U-21 yığma komandasının baş məşqçisi Berhard Lippert milli komandalar üzrə vahid təlim-məşq sistemi barədə fikirlərini bildiriblər. Diskussiya şəraitində keçən görüşdə geniş fikir mübadiləsi aparılıb.

Səhifənin yuxarısına keçidYuxarı

Qarabağ FK
Son xəbərlər
topaz banner